Zərdab rayonunun Bəyimli qəsəbəsində silahlı insident olub

1
23

tüfəngZərdab rayonunun Bəyimli qəsəbəsi ərazisində silahlı insident baş verib. Yayılmış məlumatlara görə, martın 2-də Zərdab rayonunun Bəyimli qəsəbəsi ərazisində Ucar rayon sakini Rəvan İsmayılzadə ehtiyatsızlıqdan qohumu Kərim Məmmədova məxsus ov tüfəngindən açdığı atəş nəticəsində digər qohumu Ümid Məmmədova xəsarət yetirib. Ümid Məmmədov xəstəxanaya yerləşdirilib. Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Rəvan İsmayılzadə tutulub. Hadisə yerindən 1 ədəd “TOZ-16” markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.

1 comment

  1. салам братан сахозда не олуб ким атыб екбер саг галыб и потан и рамин сагдыса изначит саламатчылыгды

Comments are closed.