Xoşbəxtlik möhkəm ailədən başlayır…

2
28

Sevgi-NedirÇox vaxt ailə quran tərəflər bir-birilərinə uyğunlaşa bilmirlər. İlk vaxtlar əhəmiyyətsiz görünən kiçik problemlər sonradan böyük problemlərə səbəb olur. Bu isə minalanmış sahəyə bənzəyən ailə həyatında gec-tez partlayışlara gətirib çıxarır. Hətta iş o yerə gəlib çıxır ki, üzləşdiyimiz problemlərin qarşısını almaq üçün:
– Özümüzə onun gözü ilə;
– ona onun gözü ilə;
– ona başqalarının gözü ilə
baxa bilmirik.
Elə düşünməyin ki, ailə problemləri qarşısında aciz qalan təkcə yeni ailə quran gənclərdir. Boşananlar arasında 2-3 uşaq sahibi olan ortayaşlı insanlar da az deyil. Bunlardan bəziləri ağaran saçlarına əhəmiyyət vermədən onlara atalıq sevinci bəxş edən, uşaqlarını böyütmək üçün minbir əziyyətə qatlaşan anaların – qadınların haqqını unudurlar. Bəziləri isə uşaqları ac qalmasın deyə, hər cür işin qulpundan yapışan, ailəsi uğrunda minbir əzaba dözən ailə başçılarından üz döndərirlər.
Onu da qeyd edək ki, ailənin dağılmasında ən çox zərər çəkən uşaqlardır. Çünki ailə onların sağlam böyüməsini təmin edən müqəddəs bir ocaqdır. Bu ocağı məsuliyyətsizlikləri ilə dağıdan şəxslər isə, ilk növbədə, özlərini hesaba çəkməlidirlər.
Digər tərəfdən, bu vəziyyətdə ayrılmaq istəyən tərəfin psixoloji vəziyyətini nəzərə almalı, yersiz davranışlarına səbirlə yanaşaraq, yaxşı günlərində olduğu kimi, pis günlərində də yanında olmalısınız.
Unutmayın ki, qəlbinizdəki “boşluğu” doldurmaq üçün atdığınız bu addım sizə xoşbəxtlik gətirməyəcək.

Mənbə: “Ailəm” jurnalı

2 ŞƏRH

  1. Ailədə problemlərdən qaçmaq üçün anlayışlı olmaq lazımdır..Bunun üçün insan sərrafı olmağa gərək yoxdur..Qarşı tərəfi öz yerinə qoyub düşünməsən heç nəyi başa düşməyəcəksən..Onu anlamaq üçün özünü onun yerinə qoymalısan..Bu zaman hər şey yoluna düşür..İlk növbədə səbir lazımdı məncə..

  2. Allah butun aileleri bu cur belalardan qorusun.Bu ezabi yasayan ailelere ise Allahdan dozum arzulayiriq.Sebr,sebr yene de sebr.Unutmayaq ki Allah sebrli olanlari sevir ve gec-tez rehm qapisini acir.O cox sebrli ve hedsiz merhemetlidir…………

Comments are closed.