Zərdabda qəzalı vəziyyətdə olan evlər – VİDEO

6
21

ZərdabArtıq bir müddətdir ki, Zərdab sakinlərinin nə gecəsi, nə də gündüzü var. Qrunt suları rayon sakinlərinin gününü qara edib. Suların təsirindən Zərdabda 600-ə yaxın ev qəzalı vəziyyətə düşüb.

Üstəlik, Kürboyu ərazidə yerləşən yaşayış məntəqələrinin əksəriyyətində qrunt sularının günbəgün artması onsuz da qəzalı vəziyyətdə olan evləri uçma təhlükəsi ilə üz-üzə qoyur. Hazırda, rayonun 15 kəndi və şəhər mərkəzində Kürə yaxın olan bəzi evlərin sakinləri üç ildir ki, hər an uçmaq təhlükəsi altında bu torpaq evlərinin bir gün yox olması təhlükəsindən çox narahatdırlar.

Evlərin qəzalı vəziyyətdə olması ilə bağlı kənd sakinlərinin bəzilərinə müəyyən məbləğdə maddi yardım olunub. Hətta bəzi sakinlərə yeni mənzillər də verilib. Amma yeni evlər cəmi 4-5 nəfərə verildiyindən, bu kənd sakinlərinin etirazına səbəb olub. Kənddə qrunt sularının çoxluğu kəndin daxili yollarını da yaman günə qoyub.

Zərdabın Kürqırağı kəndlərində vəziyyətin acınacaqlı olmasında yerli icra hakimiyyətində də xəbərdardırlar. Zərdab rayon icra başçısının birinci müavini Allahverdi Səfərov ötən il rayonda evi qəzalı vəziyyətdə olan 71 sakinə yeni evlərin tikildiyini, 1600 nəfərə isə müəyyən maddi yardımların edildiyini bildirib: “Biz müraciət edən vətəndaşların siyahısını hazırlamışıq, kompüterdə qeydiyyata almışıq, müvafiq orqanları xəbərdar etmişik. Zaqatala-Balakən zonasında baş verən zəlzələ ilə bağlı yaradılan komissiyanın rayona gəlməsi gözlənilir. Komissiyanın həmin evlərə baxışı nəticəsində hazırladığı rəyə uyğun olaraq, vətəndaşlara lazımi köməklik göstəriləcək”. (ANS PRESS)

http://www.youtube.com/watch?v=GaSRFxGJ6eY&feature=player_embedded

6 ŞƏRH

  1. bududa..bagin gorunde..her weye goz yuma yuma hara gedirik bele..bu qederde olmazki bu yazigin siz bir veziyyetine baginda…nc nc nc nc..

Comments are closed.