Martın 16-da Zərdab rayonunda sınaq imtahanı keçiriləcək

1
31

sınaq imtahanıMart ayının 16-da Zərdab rayonunda 3, 4, 5, 6, 7, 8-ci sinif şagirdləri üçün sınaq imtahanı keçiriləcək. Bu barədə məlumat verən “ZƏRDABİ YOLU” Tədris Mərkəzinin təsisçisi Natiq Eyvazovun sözlərinə görə, sınaq imtahanı Zərdab rayonu 1 nömrəli tam orta məktəbdə təşkil olunacaq. Sınaq imtahanı Azərbaycan dili, Riyaziyyat, İngilis dili və Məntiq üzrə olacaq. İmtahanda istifadə edilən suallar ancaq keçilmiş mövzuları əhatə edəcək. İmtahanda hər mövzu üzrə 15 sual olmaqla cəmi 60 sual istifadə ediləcək. Hər sual 1 balla qiymətləndiriləcək. Hər 4 səhv sual 1 düzgün cavabı siləcək!

İmtahan saat 09:30-da başlanacaq.

Sınaq imtahanında texnikumlara hazırlaşan şagirdlər də öz güclərini sınaya biləcəklər.

Maraqlanan şagirdlər mart ayının 14-dək “ZƏRDABİ YOLU” Tədris Mərkəzinə müraciət edə bilərlər.

Ünvan: Zərdab rayonu, 1 saylı orta məktəb.

Tel: 050 375 30 84, 050 383 76 52

1 comment

Comments are closed.