“İnanırıq ki, www.zerdab.com saytı böyük uğurlara imza atacaq”

6
30

Müəllif: Eldəniz Həsənov

Saytda müxtəlif sahələr üzrə bölmələrin yer alması, xüsusilə “Həsən bəy Zərdabi” bölməsinin olması ölkəmizin alim və ziyalılarını, o cümlədən məni həmin sayta müraciət etməyə təşviq edir. Həsən bəy Zərdabi yaradıcılığı, onun elmi irsi ilə bağlı yazıların yayımlanmasında bu saytın xüsusi rol oynaması çox tədqirəlayiq hal olaraq qiymətləndirilməlidir.

Əlbəttə, Zərdabi irsinin araşdırılması ilə bağlı son vaxtlar bizlərin, Zərdabişünasların yaradıcılığının www.zerdab.com saytı vasitəsilə işıqlandırılmasında, ictimaiyyətə çatdırılmasında ilk öncə bu saytın rəhbərliyinə təşəkkürümüzü bildiririk.

Eyni zamanda onu da məlumat üçün bildirmək istəyirəm ki, www.zerdab.com saytı Zərdab rayonunun keçmişini və bu gününü özündə əks etdirən və mütəmadi yenilənən yeganə saytdır. İnanırıq ki, saytın böyük uğurları hələ qarşıdadır, böyük uğurlara imza atacaq”.

Bütün bu uğurlara imza atan Nicat müəllimi həm də anadan olmasının 30 illiyi münasibətilə təbrik edir, ona ailə səadəti, can sağlığı və üzərinə götürdüyü vəzifələrin həyata keçirilməsində müvəffəqiyyətlər arzulayıram.

Eldəniz Həsənov, Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas

6 ŞƏRH

  1. Bizde inaniriq ve bu uqurlariniza cox sevinirik.
    Men Zerdab kom sayitinin her uquruna oz uqurum kimi sevinirem.
    Allah butun xeyrli iwlerinizde size yardimci olsun

  2. АДАМ ОХУДУГЧА ФЕРЕХЛЕНИР,СЕВИНЧИНИН ХЕДДИ ХУДУДУ ОЛМУР.ХАМИШЕ ХОШ СОРАГЫНЫ ЕШИДЕК ЗАРДАБЫМ!!!!

  3. Amin inwaAllah Elburus emi doqurdanda fereh hissleri sevinc hissleri yawayir oxuduqca insan

Comments are closed.