Həsən bəy Zərdabi: “Kaspi” qəzetinə Zərdabdan məktublar (7)

2
31

TƏRCÜMƏ ETDİ: İSAMƏDDİN ƏHMƏDOV

Hesen-bey-ZerdabiZərdabdan. Keçən dəfə mən Şahsevən köçərilərinin Kür sahilindəki öz qış yataqlarına qayıtmaları, onların və elə Zərdabın mal-qarasında tez-tez təsadüf edilən çox şübhəli xəstəliklər barədə yazmışdım. Etiraf edim ki, onda mən istədim ki, bu xəstəliyin «sibir yarası» olduğu barədə qəti fikir söyləyim, lakin dəlillərin azlığı məni fikrimdən daşındırdı və indi çox məmnunam ki, hay-küy qaldırmamışam. Çünki yavaş-yavaş xəstəlik aradan qalxır və artıq o qədər də qorxulu deyil. Bununla belə bu xəstəlik hələ də adamları qorxudur və mən deyə bilərəm ki, Kürün Şuşa sahillərinə gələn komissiya bu xəstəliklə bağlı hansısa bir qəti fikrə gələ bilmədi. Mən ötən məktubumda bir neçə insanın da xəstələnməsi barədə xəbər vermişdim, elə güman edirdim ki, bu xəstəlik xəstə mal-qaraya qulluq edən adamlara heyvanlardan yoluxmuşdur, indisə işə dərindən girişərək və xəstəliyin tarixini araşdıraraq belə qənaətə gəlmişəm ki, məni də, Şuşadan gələn komissiyanı da qorxudan bu irinli yara əslində qorxulu bir şey deyil. Bu çibanaoxşar yara xarakterinə görə yerli xəstəlikdir, «şirin yara» adı ilə tanınır, yoluxucu deyil, lakin bir sıra hallarda ölümə səbəb olur. Eşitmişəm ki, Şuşadan gələn komissiya Kürün sahilinə gələrək burada guya köçərilər arasında tüğyan edən difterit axtarmış, lakin mənim fikrimcə, difterit bizlərdə az narahatlıq doğurur, nəinki bir çox yerli, lakin az öyrənilmiş xəstəliklər, o cümlədən yuxarıda adını çəkdiyim «şirin yara» və ya «qara yara». Difterit əhalinin sıx yaşadığı yerlərdə – kəndlərdə və ən çox da şəhərlərdə qorxuludur, bizim köçərilər isə ayrıca alaçıqlarda yaşayırlar, adətən bir-birlərindən də kifayət qədər aralıda yerləşirlər ki, bu faktın özü də onların xəstəlikdən qorunmasına təminat verir. Daha faydalı olardı ki, sırf yerli xəstəliklərə diqqət artırılaydı, belə ki, məhz bu yerli xəstəliklər nəinki çoxlu qurbanlar aparır, həm də bu ətrafdakı əhalini çox qorxudur, ərazidə taun, vəba və digər dəhşətli xəstəliklərin yayılması barədə şayiələr törədir.

«KASPİ» QƏZETİ, 1882-Cİ İL, №117

2 ŞƏRH

  1. H.Zerdabinin geleminnen cixan her bir kelme xalginin inkishafinda muhum addimdi………

  2. Zerdabi yegane AZERBAYCANLI idi ki, neinki butun var-dovletini, hetta ailesini, ovladlarini da milletinin tereqqi ve maariflenmesi namine qurban verdi,,,

Comments are closed.