Zərdabda ev yandı, 1 yaşlı uşaq yanaraq öldü

15
yanğınZərdab rayonunda ev yanıb. Zərdab Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hadisə bu gün saat 13:30 radələrində rayonun Bəyimli kəndində Qəbələ sakini, fermer Əzizov Nazim Sıracəddin oğluna məxsus mal-qaranın təsərrüfatının qışlaq yatağında qeydə alınıb. Qışlaq yatağında qamışdan tikilmiş, ümumi sahəsi 115 kvadratmetr olan 5 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı həmin evdə yaşayan çoban, Zərdabın Gödəkqolu kənd sakini Ramiz Növruzovun azyaşlı övladı, 2012-ci il təvəllüdlü Lalə Novruzova yanaraq dünyasını dəyişib. Hazırda yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
www.zerdab.com

15 ŞƏRH

  1. АЛЛАХ САБИР ВЕРСИН ГАБРИ НУРЛА ДОЛСУН

  2. Allah rehmet etsin qebri nurla dolsun atasna anasna ve yaxlarna sebr versin allah onun valdelerne yoxliq his etrmesn amin

  3. Allah rehmet elesin qebri cennet bacelerinden bir bahce olar insallah. Ata anasina yoxluqunu hiss eletdirmesin uca yaradan. Baslari saq olsun.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

1 + seven =