Zərdabinin qan qohumu Aktaudan saytımıza məktub yazıb

12
39

Zerdab rayonuZərdabda bir bağ var. Həsən bəy Zərdabi adına mədəniyyət və istirahət bağı. Bu bağa mən ilk dəfə babamla uşaq ikən getmişəm. Onda babam bu bağın yaranma tarixini danışmışdı mənə. Babamın dediyinə görə, Zərdab rayonunun birinci katibi olan Mirzəzadə babamı yanına çağırıb deyib: “Bu sahəni veririk sənə, Həsən bəy Zərdabinin adına elə bir bağ salırsan ki, gələni də heyran edir, gedəni də. Bağbanı da özün olacaqsan”.

Babama da elə bu lazım imiş. Təklif onun ürəyincə olub. Düşünüb ki, nəhayət, Həsən bəy Zərdabinin adına bir iş görüləcək. Babam deyirdi ki, belə bir məsuliyyətli iş ona həvalə edildiyi üçün çox sevinib. Böyük həvəslə işə başlayıb. Getdiyi hər yerdən bir ağac, bir gül kolu gətirib. Əkib, qulluğunda durub. Onlardan bitəni də olub, bitməyəni də. Amma həvəsdən düşməyib. Uzun illərin zəhməti, babamın inadkarlığı nəhayət ki, öz bəhrəsini verib. Beləliklə, burada gözəl bir bağ meydana gəlib, gənclərin, qocaların istirahət yerinə çevrilib. İndi bu bağda dincələnlərin çoxu bəlkə də bilmir ki, bu bağın bağbanı Həmdulla Səlimov burada necə şövqlə, məhəbbətlə işləyib…

İllər ötür. Sonralar burada Həsən bəy Zərdabinin heykəli qoyulur. Heykəlin açılışında Həsən bəy Zərdabinin yaxın qohumu kimi babama söz verilir. Sevincindən ürəyi köksünə sığmırmış. Böyük qürurla öz kövrək çıxışını edib, “daha ölsəm də, dərdim olmaz” deyib. Beləcə, bu abidənin önü onun üçün müqəddəs bir yerə çevrilib. Bir gün buranı görməsəm, ölərəm deyərdi. Hər səhər bağa gedərdi. Abidəni yuyurdu. Dərdini, sevincini onunla böluşürdu. Bu, ona yaşamaq üçün stimul verirdi.

Zərdaba tez-tez qonaqlar gəlirdi: yazıçılar, jurnalistlər Həsən bəy Zərdabi ilə bağlı nə isə öyrənmək istəyirdilər. Babamı çağırardılar. Babam həmişə məni də özü ilə aparardı. Bunu niyə etdiyini bilmirəm, amma babamla belə görüşlərə getməyi çox sevirdim. O, isə gələn qonaqlara “bu mənim nəvəmdir, adı da Hənifəxanımdır. Bu adı Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanımın təklifi ilə veriblər”,-deyirdi. Onda uşaq idim, başa düşmürdüm. İndi mən bu adı daşımağımla fəxr edirəm.

Qəribsoltan xanım deyibmiş ki, əgər oğlan nəvən olsa, adını Həsən qoyarsan. Amma o vaxt buna icazə verməyiblər.

Babam bu nisgillə dünyadan köçüb.

İllər ötüb, indi çox şey dəyişib. Öz kökümüzə qayıdırıq. İndi mənim baba evimdə bir Həsən böyüyür – babamdan xəbərsiz…

Çox istəyirəm ki, bu uşaq böyüyəndə öz kökünə sadiq olsun, Həsən bəy Zərdabinin, babamız Həmdulla Səlimovun bitməyən arzularını gerçəkləşdirsin. Xalqımızın oğlu olsun, hansı nəsildən olduğunu heç vaxt unutmasın…

Hörmətlə, Hənifəxanım Səlimova. Qazaxıstan – Aktau şəhəri.

12 ŞƏRH

  1. Hənifə xanım, gözəl yazıdır..Çox təşəkkür edirik! Bizlər də Sizin arzularınıza qoşuluruq..Allah balaca Həsənə dahi Zərdabi qədər bilik və savad versin ki, xalq üçün nələrisə edə bilsin!Allah ona Zərdabinin yaşadığı acıları yaşatmasın!

  2. Yazinizi oxudum,yazdiqlariniz demek olarki mene tanishdi,cunki biz bir mehlede bir kucede doqulmushuq,sizide texmini xatirlayiram usaqliq ilerimizi,biz rayondan men hele usaq iken kocmushuk,Hesen bey Zerdabinin heyatindan sohbet dushende mende fexrle deyirem,Zerdabinin qohumlari biznen qonsu olublar.Zerdabi haqda filmdede Sara xala danishir,sizin bibiniz olmalidi sehv etmiremse Sara xala.

  3. Anamin-Esnaye xanim Melikovanin sohbetinden yadindadir.O vaxt sozu geden baq salinanda Hesen beyin heykelini getiribler. Baqda aciq bir yerde qoyublar.Sanki bunu gozleyirmish kimi guclu yaqish yaqmaqa bashlayib .Aramsiz yaqan bu yagish bir nece gun davam edib. Bunu goren Hemdullah bey cox perishan olub,evden ortuk goturub heykelin ustunu ortub.Bununla ureyi soyumayib. Birinci katibin qebuluna gedib heykelin yaqish altinda qalmasina doze bilmediyini aqlayaraq urek yanqisi ile bildirib. Katibin gosterishinden derhal sonra heykel ortulu bir yere aparilib.

  4. Hənifə xanım yazınızı alqışlayıram.Bəli bu bağ çox böyük ərazini əhatə etməklə Zərdablıların əsil istirahət yeri idi.
    70-ci llərdə birinci katib F.Əfəndiyev həmin bağın ortasında mərkəzi istilik sistemi,sonra isə bağın əhəmiyyətli hissəsində,yaşıllıqları məhv etdirməklə, mədəniyyət evi tikilməsini təşkil etdi.Daha sonra H.B.Zərdabinin tunc heykəlini çox yöndəmsiz,yəni mədəniyyət şöbəsi ilə üzbə-üz qoydurdu.Sonralar bu uyğunsuzluq aradan qaldırıldı və heykəl indiki yerinə,yəni mədəniyyət evinin qarşısına qoyuldu.
    F.Əfəndiyevin “davamçısı” — Mansur Məmmədov bu bağın bir bağ kimi qalmasına ağır zərbələr vurdu.Yəni bağın sahəsini,çayxana,yeməkxana və s.ə üçün satdı.Cəmi 3 işçisi olan Zərdab rayon prokurorluğu(üç mərtəbəli),DSMF-nin yerli şöbəsi və ƏƏSM üçün(iki mərtəbəli) bu bağın ərazisində binalar tikildi.Burada bir məqsəd də əhalini başqa bir bağda istirahətə vadar etmək idi.Həmin məqsədlə də şəhərin Kürkənarı bulvarındakı skamyalar yığışdırılmışdır.Bütün bunlar H.Zərdabi şəxsiyyətinə qısqanc münasibətin təzahürüdür…

  5. NATAVAN BUTUN BUNLARI MEN DE XATIRLIYIRAM.ONDA MEN COX KICIK IDIM.USHAG YADDASHI MOHKEM OLUR DEYIRLER…..ONDA H.ZERDABININ HEYKELININ BU HALI HEC KIMI NARAHAT ETMIRDI???INDI O GEDER GOHUMLARI CIXIB KI……

  6. Xedice xanim xosh sozlere gore cox sag olun.ALLAH butun balalari saxlasin,bizimkiler de onlarin icinde.

  7. Henife, yaziya gore sag ol! Ushaq vaxti baba dedyiumiz Hemidullah bey heqiqeten Zardabinin yaxshi menada “delisi” idi. Yadimdadir, heykelin achilishindan evvel gul-cicek dibceklerini shexsen ozu topalayaraq heykelin etrafini bezemishdir. Her seher heykelin etrafina geler temizleyer, heykeli silerdi. Bezen ise yolunu bizden salardi. Mene maqintafonu qoshdurb mugama qulaq asar , qulaq asdicada gozlerinden yash suzulerdi. Men ushaq idim basha dushmurdum. Sonradan anladim ki, o oten gunlerini, agrili surgunu, torpaq buzladigindan torpaq tapmayib, oz eli ile buza defn elediyi ezizlerini xatirlayirmish. Sehv etmiremse, ele heykelin yanindaki skamiyada da ureyi dayanmishdir.

  8. Eledi, Cemil.Babami taniyanlar in yaddashinda o meh bele galib.O heykel Zerdabda goyulannan babam ucun mugeddesolub.Hemish H.Zerdabi ile bagli Xatirelerini danishanda deyirdi_,,o bize de oxumagi meslrhet gorurdu.Amma biz isdemedik.Ele bilirdik var, dovlet ebedi galacag,,Ele hemin var dovlete gore ailelikce surgun olublar.Deyirdi imkanim olsa ele indi de oxuyaram.Bizi yaninda otuzdurub saatlarlakitab oxutdurardi. Sheri gezeli cox sevirdi.Ashig elesgerden o geder oxumushdum ki,coxun ezberlemishdim.

Comments are closed.