İşinin müəllimi…

2
29

Zərdab rayon Təhsil ŞöbəsiZərdab Rayon Təhsil Şöbəsinə rəhbər təyin olunmuş filologiya elmləri doktoru Baba Babayev üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır. Belə ki, Baba müəllim dərs də dinləyir, məktəblərin təmiri, digər çatışmazlıqlarla da ciddi məşğul olur. Alim pedoqoq tədrisin səviyyəsinin yüksəldilməsi üçün maddi-texniki bazanın möhkəmləndirilməsini əsas amillərdən sayır. Qəribə görünsə də şöbənin müdiri bu tədris ilində şöbənin əməkdaşları ilə birgə 17 tədris  müəssisəsində olmuş, kollektivlə görüşmüş, tədrisin vəziyyətini yüksəltmək üçün təklif və tövsiyyələrini verməklə ayrı-ayrı məktəblərdə 70 saata yaxın dərs dinləmişdir.

Körpükənd tam orta məktəbi 30 ildən çox idi ki, təmir olunmurdu. Təhsil Şöbəsinin vəsaiti hesabına məktəbin binasının üst örtüyü tamamilə dəyişdirilmiş, 18 avropa, 2 plastik qapı, 49 plastik pəncərə yeniləri ilə əvəz olunmuşdur. Bütün sinif otaqları və koridorlar diktlə üzlənmişdir. Ulu öndərimiz Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə məktəbin həyətində həmişəyaşıl ağaclar əkilmişdir. Elektrik sistemi tamamilə dəyişdirilmiş, yeni su hovuzu tikilmiş, sanitar-gigiyena otağı hazırlanmışdır.

Ulu öndərimiz H. Əliyevin 90 illik yubileyi münasibətilə pedoqoji kollektiv Zərdablıların “90 min ağac əkək” təşəbbüsünə qoşularaq məktəbin həyətində həmişəyaşıl ağaclar əkmişlər.

Pedoqoji kollektiv görülən işlərə görə dövlət başçısı cənab İlham Əliyevə və rayon İcra Hakimiyyətinin başçısına minnətdarlıq edir.

Zərdab Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi: Seymur Tağıyev

2 ŞƏRH

  1. Son iller rayonumuzda elecede kendlerimizde tehsilde irelileyisler aydin nezere carpir.Cox sevindirici ve qururverici haldir.Basda rehberlik olmaqlq bu isde butun zehmeti olan pedoqoji kollektive Allahdan can sagligi dileyirik.

  2. Baba müəllim işini gözəl bilən və çox sadə adamdı..Uğurlar arzulayırıq..Allah cansağlığı versin!

Comments are closed.