Zərdab rayon Soveti İcraiyyə Komitəsinin sədrləri vəzifəsində çalışanlar

0

Tarixin müəyyən mərhələlərində Zərdab rayonunun formalaşmasında bir sıra rəhbər şəxslərin xüsusi xidmətləri olub. Onlardan elələri var ki, rəhbər işlədikləri müddətdə rayonumuzda bir sıra mühüm işlər görülüb. Ancaq elələri də var ki, rayonumuz nəinki inkişaf edib, əksinə əhalinin vəziyyəti bir xeyli pisləşib…
www.zerdab.com saytı olaraq rayonumuzun tarixindən bəhs edərkən bu şəxsləri də nəzərə almaya bilməzdik. Onların sırasında rayonumuzda doğulub boya-başa çatanlar da var, digər rayon və şəhərlərdən olanlar da. Əgər əlinizdə bu şəxslərlə bağlı maraqlı məlumatlar varsa, saytımızın “Əlaqə” bölməsinə yerləşdirilmiş əlaqə vasitələri ilə bizə göndərin, dəyərli oxucularımızla bölüşək. Bu yazımızda Zərdab rayon Soveti İcraiyyə Komitəsinin sədrləri vəzifəsində çalışanların siyahısını oxucularımıza təqdim edirik.

1936-cı ildə: Cəbrayıl qəzasının Qarğabazar kəndində 1884-cü ildə anadan olmuş Qarayev Əsəd Həsən oğlu Zərdab rayon icraiyyə komitəsinin ilk sədri işləyib.

1937-ci il: N. Cuvarlinski. Bakının Qobu kəndində doğulub.

1938-39-cu illər: Süleymanov Hüseyn Cavad oğlu. Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olub.

1939-46-cı illər: Abdulla Məhəmməd oğlu Məmmədov. Şəftəhal kəndində anadan olub.

1946-50-ci illər: Qədim Qədimov. Zərdab rayonunun Şəhhüseyinli kəndində anadan olub.

1950-52-ci illər : Məhmudova Sona Yadigar qızı. Zərdab rayonunun Pərvanlı kəndində doğulub.

1953-54-cü illər: Qədim Qədimov, ikinci dəfə Zərdab rayon İcraiyyə Komitəsinə sədrlik edib.

1954-57-ci illər: Ağahüseyn Yusif oğlu Hüseynov. Zərdab rayonunun Yuxarı Seyidlər kəndində anadan olub.

1957-59-cu illər: Məmmədov Qəni Məmməd oğlu. Zərdabda anadan olub.

1959-60-cı illər: Abdullayev Əbdülqasım. Bakı şəhərində anadan olub.

1960-63-cü illər:İsmayıl İsmayılov. Zərdabın Lələağacı kəndində anadan olub.

1963-cü ildə: Zərdab rayonu ləğv olunaraq 1965-ci ilədək Ucar rayonuna birləşdirilib.

1965-70-ci illər: Əmrəliyev Əmrəli Qulu oğlu. Zərdab rayonunun Xanməmmədli kəndində anadan olub.

1970-72-ci illər: Həsənov Ələddin Tapdıq oğlu. Zərdab rayonunun Dəli Quşçu kəndində anadan olub.

1972-75-ci illər: Əsədov Gülməmməd Əhməd oğlu. 1951-ci ildə Ermənistandan deportasiya olunub.

1975-78-ci illər: İsmayılov Hacı. Zərdabın Dəli Quşçu kəndində anadan olub.

1978-79-cu illər: Hüseynov Məmmədqulu. Zəngilan rayonunda anadan olub.

1980-81-ci illər: Osmanov Maarif Əlipaşa oğlu. Zərdabda dünyaya gəlib.

1982-83-cü illər: Əliyev İldırım Bəylər oğlu. Füzuli rayonunda doğulub.

1984-89-cu illər: Bağırov Soltan. Zərdabın Pərvanlı kəndində anadan olub.

1990-91-ci illər: Məmmədov Məmməd Bədir oğlu. Zərdabda anadan olub.

1991-95-ci illər: Eminov Bəhlul Aydın oğlu. Zərdab  rayonunun İsaqbağı kəndində anadan olub.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

fifteen + 17 =