Bağırov Damət Abbas oğlu 1961-ci ildə may ayının 5-də Zərdab rayonunun Xanməmmədli kəndində anadan olub. 1978-ci ildə Zərdab rayonunda orta məktəbi bitirib. 1978-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub, 1985-ci ildə institutu bitirib. İnstitutu bitirdikdən sonra Dövlət Aqrar Sənaye Komitəsinin baş elm idarəsində aparıcı iqtisadçı, 1989–1994-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində tədris lobaratoriyasının müdiri, müəllim vəzifələrində çalışıb, 1986-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspiranturasına daxil olub, 1991-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik disertasiyası müdafiə edib, iqtisad elmləri namizədi alimlik dərəcəsi adı alıb. 1994–1995-ci illərdə “Tuqay” kommersiya bankının idarə heyyətinin sədri vəzifəsində, 1995–1999-cu illərdə Xətai rayonu üzrə Dövlət Vergi Müfəttişliyində baş dövlət vergi müfəttişi, şöbə rəisi, rəis müavini vəzifələrində işləyib. 2000-ci ilin fevralından Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentində baş mütəxəssis, şöbə rəisi, baş məsləhətçi vəzifələrində işləyib. 1995–1998-ci illərdə Sankt Peterburq Dövlət Maliyyə İqtisad Universitetinin doktoranturasında oxuub, 1998-ci ildə həmin universitetdə “Maliyyə, pul tədavülü və kredit” ixtisası üzrə doktorluq disertasiyası müdafiə edib, elə həmin ildə Rusiya Fedarasiyasının Dövlət Ali Attestasiya Komitəsinin qərarı ilə iqtisad elmləri doktoru alimlik dərəcəsi və 2000-ci ildə Azərbaycan Respublikasının Ali Atestasiya Komitəsinin tərəfindən təkrar attestasiyadan keçirilərək ölkəmizin doktorluq, 2005-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını alıb.
1999-cu ilin sentyabrından Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə” kafedrasının dosenti, 31 avqust 2001-ci il tarixindən isə “Vergi və vergiqoyma” kafedrasının professoru vəzifəsində işləyib. 2005-ci ilin fevral ayından etibarən “Vergi və vergiqoyma” kafedrasının tam ştatla professoru və “Maliyyə” fakültəsinindekanı vəzifəsində çalışmışdır. 2008-ci ilin sentyabrından tədris işləri üzrə prorektor əvəzi vəzifəsində çalışır. 2009-cu ilin fevral ayının 24-dən universitetin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.
İşlədiyi müddətdə rektorluq tərəfindən bir neçə dəfə təşəkkür və Təhsil Nazirinin əmri ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.
2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün yaranmış disertasiya şurasının, sonradan isə iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün yaradılmış disertasiya şurasının, ”Audit” jurnalının redaksiya heyyətinin üzvüdür.
Maliyyə və vergi auditi sahəsində elmi araşdırmalarını ardıcıllıqla davam etdirir, 8 monoqrafiya və dərs vəsaitinin, 10 tədris proqramı və metodik göstərişin, 60-dan çox elmi məqalələrin müəllifidir. Dəyərli həmyerlimizə həm ailə, həm də iş həyatında uğurlar arzulayırıq.
dədrx-də işləyəndə bütün zərdablıları işdən çıxarıb.xahiş edirəm fəaliyyətinə bunu da yazın
Allah canin sag elesin.cox telebkar insandi.hemde telebelerin problemleri ile maraqlanan insandi
ancaq əlişin qohumlarına kömək edirdi.bir zərdablı tələbə yazsın ki mənə kömək edib.
Comments are closed.