Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyində bayram tədbiri

0

Zərdab rayonuZərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Elimizə Bahar gəlir” adlı tədbir keçirilib. www.zerdab.com saytına verilən məlumata görə, tədbir münasibəti ilə muzeyin ekspozisiyasında Novruz bayramını əks etdirən sərgi təşkil edilib. Burada keçmiş adət və ənənələri özündə yaşadan eksponatlar və müxtəlif şirniyyatlarla bəzədilmiş xonçalar, səmənilər nümayiş etdirilib.

Tədbirdə muzeyin direktoru Şahnaz Mustafayeva Novruz bayramını – yazın gəlişini simvolizə edən xalq bayramı olduğunu qeyd edərək, tədbir iştirakçılarını bu münasibətlə ürəkdən təbrik edib. Qeyd edib ki, Novruz bayramının tarixi, onunla bağlı əsatirlər, miflər çox qədimdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil olunmuş, 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayını 21-i “Beynəlxalq Novruz günü” elan edilmişdir.

Muzeyin elmi işçisi Şəlalə Əliyeva və fond mühafizi Maisə Babayeva Novruz bayramının tarixi və çərşənbələr haqqında geniş məlumat veriblər. Tədbirdə şəhər 1 saylı uşaq bağçasının müəllim və uşaqları kompozisiya ilə çıxış ediblər. Kosa, Keçəl, Bahar qızın ifası tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Bahar qızı – Zeynalova Əsmər, Kosa – Bilalov Vüsal, Keçəl – Məmmədli Əlisa və digər uşaqlar – Musayeva Rəna, Xəlilova Xədicə, Xəlilli Aydan, Ağayev Cavid, Abdullayev Səid, Ağayev Rəhim bahar əhval-ruhiyyəli rəqslər ifa ediblər.

Tədbirdə şəhər 1 saylı məktəb-liseyin müəllim və şagirdləri, mədəniyyət evinin işçiləri iştirak edirdi.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

www.zerdab.com

Zərdab rayonu

Zərdab rayonu

Zərdab rayonuZərdab rayonu

Zərdab rayonu

Zərdab rayonu

Zərdab rayonu

Zərdab rayonu

Şərh yaz

Please enter your comment!
Please enter your name here

two × three =