Zərdabda “Şahin” hərbi idman oyunlarının rayon birinciliyi keçirildi

8
30

ZerdabZərdab rayon Gəlmə kənd tam orta məktəbinin bazasında “Şahin” hərbi idman oyunlarının rayon birinciliyi keçirilib. www.zerdab.com saytına verilən məlumata görə, birincilikdə rayonun 25 tam orta məktəbi olmaqla 300 nəfərə yaxın gənc iştirak edib. Yarışın təntənəli açılış mərasimində Zərdab Rayon İHB-nın birinci müavini Allahverdi Səfərov çıxış edərək belə yarışların keçirilməsinin vacibliyindən, yeniyetmə və gənclərimizdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsində böyük rolunun olmasından danışıb.

Rayon birinciliyində I yeri Zərdab şəhər 2 saylı tam orta məktəbinin komandası, , II yeri Gəlmə kənd tam orta məktəbinin komandası, III yeri isə Zərdab şəhər 1 saylı  məktəb-liseyinin komandaları tutublar. Qaliblərə Zərdab Rayon Gənclər və İdman İdarəsinin diplom və qiymətli hədiyyələri verilib.

“Şahin” hərbi idman oyunlarının keçirilməsində məqsəd yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərinin hərbi idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasından ibarətdir.

www.zerdab.com

Zerdab

Zerdab

Zerdab

Zerdab

Zerdab

Zerdab

 

8 ŞƏRH

  1. Təbriklərə görə sağ olun!!!Sağ əlimiz 1 saylı məktəb-liseyin başına…

  2. ЕСАС ОДУР КИ,ИШТИРАК ЕДИБЛЕР,ИНШАЛЛАХ ЯХШЫ ЙЕРЛЕР ТУТАРЛАР

  3. дузду есас иштиракды елийиблер

  4. hamiya salam uwaqlar sizi tebrik edirem ogun olsun hemiwebele birincilikde olasiniz

Comments are closed.