“Gecə-gündüz sizi-bizi soraqlar”

12
45

AzərbaycanQurban Süleymanov-Şahhüseynli

Bütün Zərdablılarıma və həmkəndlilərim Şahhüseynli camaatına salamlarımı və ən xoş arzularımı çatdırıram. Onu da qeyd etmək istəyirəm ki, Şahhüseynli kəndi Zərdabın ən böyük kəndlərindən biridir. Kürdəmir istiqamətində yerləşən çoxsaylı kəndlər arasında isə ərazisi və əhalisinin sayına görə birinci kənddir. Bu kənd həmişə ziyalıları, məşhur sakinləri ilə seçilib. Kəndimizin mərhum ziyalıları olan Azərbaycan SSRİ-nin “Əməkdar Müəllim”i Orucalı müəllim, Eynulla müəllim, Atabala müəllim, Soltanəli müəllim, Məhəmməd müəllim və s. yüzlərlə kənd sakinlərinin, eləcə də digər qonşu kəndlərin bir qism sakinlərinin təhsilində müstəsna xidmətlər göstərmişlər. Bu gün də onlar rəhmətlə anılırlar. Allah onlara və adlarını qeyd etmədiyim digər mərhum müəllimlərimizə qəni-qəni rəhmət etsin, ruhları şad olsun. Amin! Güləş üzrə 48 kiloqram çəkidə üçqat dünya çempionu Məhyəddin Allahverdiyev də bu kəndin övladıdır. Allah ona can sağlığı , xoşbəxtlik nəsib etsin! İcazənizlə yazdığım bu iki şerimi doğma,canım,ürəyim – ƏZİZ ZƏRDABLILARIMA təqdim etmək istəyirəm. Sağ və salamat olun. TANRI AZƏRBAYCANI QORUSUN!

BÜTÖV AZƏRBAYCANIM

Öpmək istəm dərdli anam əlindən,
Gözəl-göyçək nazlı sonam telindən,
Xəbər verin mənə o tay elimdən,
Yana qəlbim közü qala arada!
Təki bu köz Xan Arazı quruda!

Qurban olum o taydakı bacıma,
Namusuna, qeyrətinə, arına.
Araz qoyub ürəyimi virana.
Görüm səni quruyasan, ay Araz!
Millətim tək zarıyasan, ay Araz!

Gedəmmirəm TƏBRİZİMƏ neyləyim?!
Mən bu dərdi axı kimə söyləyim?
Qardaş bilmir qardaşının kimliyin!
Bundan böyük dərdmi olar dünyada,
ALLAH! Necə dözürsən bu fəryada?!

Anam TƏBRİZ! Mən bilirəm dərdini.
Dərd bükmüşdür bükülməyən qəddini.
Aşacağıq bir gün biz, fars səddini.
Gün doğacaq AZƏRBAYCAN elimə,
Qan qardaşım əl verəcək əlimə.

QARABAĞIM tapdaq altda qan ağlar!
Gecə-gündüz sizi-bizi soraqlar.
Yer də, göy də ağı deyib zarıldar,
Gəl qardaşım, tək qalmışam çat dada,
Yumruq kimi bir olaq bu davada!

Darıxmayaq dövr gələr, vaxt olar,
Düşmən taxtı çönər qarabəxt olar.
Gediş-gəliş həmişə, hər vaxt olar
GÜNEY-QUZEY arzusu, niyyəti bu!
TƏBRİZ-BAKI xiffəti, həsrəti bu!

Gəl Birləşək! Cənubdakı qardaşım!
Bunu istər 50 milyon soydaşın!
Vərəqləyək tariximizin yaddaşın.
Mən ürəyəm, sən də mənim qanımsan,
BÜTÖV! VAHİD! TƏK AZƏRBAYCANIMSAN!

Qurban deyər: Şəhriyarım, xəstəyəm.
Qulaq yerə dikib daim səsdəyəm.
Ruhum sizdə, özüm bu tərəfdəyəm.
Ayrılığı yaman yerdə saldılar,
SİZİ BİZDƏN, BİZİ SİZDƏN ALDILAR!

AZƏRBAYCAN! Canım mənım! zaman gələr üzün gülər.
Təbriz-Bakı dilimizdə sonsuzadək bir səslənər.
Yüz illərin həsrətinə inşaallah son qoyular,
Parçalanmış ana yurdum nəhayət ki, BÜTÖV OLAR!

——————————————————————————————–

TÜRKİYƏM

Gəl birləşək, TÜRK qardaşım!
Gücümüz bir olmaqdadır.
Bu zalım və haqsız dünya,
Bizə qarşı qalxmaqdadır.

Biz bunu tam hiss etmirik,
Çünki dünya hiyləgərdir.
Gizli qurulan planlar,
Müsəlmana yönəlibdir.

Ey Türkiyəm! Canım mənim,
Güvənc yerim, qürur yerim.
Arzum budur sonsuzadək
Səni güçlü, məğrur görüm.

Düşmənlərin adı, sayı
Günü-gündən hey çoxalır.
Mənim güclü TÜRKİYƏMSƏ
Ucaldıqca hey ucalır.

Ey TÜRKİYƏM! Sən güclü ol!
Yağı düşmən qoy məhv olsun.
Türklüyündən sən ilham al,
Dünya sənə heyran qalsın.

Sən Türklüyün Fəxarəti,
Sən İslamın qalasısan.
Harda kasıb, məzlum varsa,
Orda mütləq sən də varsan.

Sən bu haqsız dünyamızın haqq səsisən,
Məzlumların, fağırların güvınc yeri, ümidisən.

Fələstində neçə ildir yüz minlərlə müsəlmanın  qanı axır!
Hara baxır İslam əhli?!
Sən ordasan! Sən yanırsan, odlanırsan,
Sən dünyaya hayqırırsan!
Dözəmmirsən haqsızlığa.
İraqda da eyni dəhşət, eyni vəhşət.
Yenə qanı axır, görən kimin-əlbəttə ki, müsəlmanın!
Nədir bu səs?! Hardan gəlir?
Dünya səsdən silkələnir.
Kim olacaq?! Əlbəttə ki, TÜRKİYƏMDİR!

Neçə ildir Fələstində nahaq yerə cuhud qırır müsəlmanı,
Bəs dünyada haqq-ədalət, humanizm görən hanı?
Niyə tutmur İraqdakı qana-qəltan körpələrin, qocaların
Ah-naləsi Amerikanı?!

XOCALIMDA millətimi TÜRKDÜR deyə
Uşağumdan-qocamadək, qadınımdan-kişimədək,
Qana qəltan etdi Vazgen.
Bapbalaca cocuqları,
Hələ insan sayılmayan, doğulmayan,
Körpə-ətcə bəbələri çarxa çəkdi, oda atdı,
Ən körpəcə ürəklərə süngü taxtı mənfur düşmən.

Səbəb nədir? Tək cavab var: Müsəlmanam-Həm də TÜRKƏM.

Fəxr edirəm Müsəlmanam, fəxr edirəm ki, mən TÜRKƏM!

Özbəkistan, Qazaxstan, Qırğızstan, Türkmənistan.
O da TÜRKDÜR! Mən də TÜRKƏM!
Kim düşünür ki, mən təkəm?

Bax, erməni! Mənfur qonşu, mənfur düşmən,
erməniyə daha neçə dəstək olan, TÜRKƏ düşmən!
Qanı-qanımdan olan neçə TÜRK qardqşım var.
Bir millət, iki dövlət deyən Arkadaşım var.
Dayağım var, arxam var,
Güneydə 30 milyon canı canımdan olan,
AZƏRİ soydaşım var!

Gün gələcək yer üzündə TÜRK dünyası birləşəcək,
Birgə olsa, həmrəy olsa TÜRKÜN ƏSRİ tez gələcək!
Fəxr edirəm TÜRKLÜYÜMLƏ, çün şərəfli tarixim var,
Yeriyirəm çox ürəklə, gələcəyə inamım var!

Fəxr edək ki, TÜRK qardqşım, Allah bizi TÜRK yaratdı!
Bu nə demək? O demək ki,
Sən mənim qan qardaşımsan,
Canım, gözüm SOYDAŞIMSAN!!!

12 ŞƏRH

  1. Halal olsun qara bala doqurdanda her Zerdabli oz kendini obasini bele gozel sozlerle tesvir etse ne gozel olar adamin lap ureyi acilare ferehden ele deyil?

  2. ALLAH SENE UZUN OMUR VERSIN .ALLAH SENIN KIMI OQULLARI VAR ELESIN

  3. QURBAN AMI SIZ DOQURDANDA BIZIM KANDIN FAXR EDILACAK OQULLARINDAN BIRISIZ,ALLAH CANINIZI SAQ ELASIN.

  4. EZIZ VE HORMETLI ZERDAB COM SAYTININ OXUCULARI WAHHUSEYINLI KENDI HAQQINDA DERIN DUWUNCELERE MALIK OLAN QURBAN SULEYMAN OGLU SULEYMANOV ELA WAHHUSEYINLI KENDINDE BOYUYUB BOYA BAWA CATMIWDIR.HAL HAZIRDA BAKI WEHERINDE YAWAMASINA BAXMAYARAQ O KENDLE NEFES ALIR.HEC BIR RAYON XEYIR WERINDEN QALMAZ ELINDEN GELEN KOMEKLIYI KEND CAMAATINDAN ESIRGEMEZ.COX GOZEL AILE BAWCISIDIR VE COX GOZEL JURNALISTDIR.SENE HEYAT YOLUNDA UZUN OMUR CAN SAGLIGI ARZULAYIRAM .DERIN HORMETLE XALAN OGLU IKRAM.

  5. Mende zerdab rayon sahhuseynli kendinde dogulmusam rayonumuz ve kendimizle fexr edirem

Comments are closed.