Soyqırımı qurbanları Zərdab rayonunda anıldı – fotolar

0
30

Zerdab31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq Zərdab rayonunda silsilə tədbirlər keçirilməkdədir. Bu günlərdə rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində Azərbaycanlıların soyqırımı ilə bağlı müxtəlif mədəni kütləvi tədbirlər təşkil olunub.

29 mart 2013-cü il tarixdə şəhərin 1, 2 və 3 saylı körpələr evi – uşaq bağçalarının uşaqları, şəhər 1, 2 və 3 saylı tam orta məktəblərinin aşağı sinif şagirdləri Zərdab şəhərinin mərkəzində yerləşən Şəhidlərə Xatirə parkında ucaldılmış “Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə”, “Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə” və “20 Yanvar faciəsi qurbanlarının xatirəsinə” abidə komplekslərinin önünə gül dəstələri qoyublar.

Hörmətlə, Zərdab RİHB Aparatının informasiya təminatı və təhlil sektoru

Zerdab

Zerdab

Zerdab

Zerdab

ZerdabZerdab

Zerdab

Zerdab