Zərdabın Dəluquşçı kəndində ev yandı

2

Zerdab-yanğınZərdab rayonunda evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Zərdab rayon yanğından mühafizə hissəsinin məlumatına görə hadisə dünən axşam saatlarında rayonun Dəluquşçı kəndində qeydə alınıb. 1936-cı il təvəllüdlü Mehrəliyev Vəli Usub oğluna məxsus 1 mərtəbəli 4 otaqlı evdə güclü yanğın baş verib. Ümumi sahəsi 140 kv.m olan evdə baş verən yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın baş verən 1 otaq əşyaları ilə birlikdə yansa da yanğınsöndürənlərin səyi nəticəsində qalan 3 otaq yanğından mühafizə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

www.zerdab.com

2 ŞƏRH

Şərh yaz

Please enter your comment!
Please enter your name here

thirteen − 8 =