Zamiq Zərdabi: Azadlıq istəyirəm!!!

2
Zamiq Zərdabi
Zamiq Zərdabi

Zamiq Maarif oğlu Abdullayev (Zərdabi) – 28.08.1982-ci ildə Zərdab şəhərində anadan olub. İlk şeirlərini 10 yaşında yazmağa başlamışdır. Hazırda Zərdab şəhər 1 saylı texniki-humanitar liseydə müəllim işləyir.

*———*———*—————-*———–*———–*————*———–*

 

 

Yenə sevərdim Səni mən…

Dağ çayından axıb gələn,
Sularda gördüm Səni mən.

Bildim bu saf su kimisən.
Qəlbimə hördüm Səni mən.

Aldanıb nəfsə bir daha,
Alllah bizə baxa-baxa,
Əl atdım böyük günaha,
Nahaqdan dərdim Səni mən.

Bir az ki, düşdüm çətinə,
Əl uzatmadım əlinə,
Uydum elin adətinə,
Güdaza verdim Səni mən.

Mən ömründə qonaq kimi,
Ləkə kimi, qınaq kimi…
Pul itirən uşaq kimi
Saldım, itirdim Səni mən.

Qorxdum, qaldım yana-yana,
Baxdım qaldım yana-yana,
Sevmədiyin o oğlana,
Əlimlə verdim Səni mən.

Ana adın almasaydın,
Övladınçün yanmasaydın,
Ərli gəlin olmasaydın,
Yenə sevərdim Səni mən.
Yenə sevərdim Səni mən.

***———–****——————–****————–***———***

Azadlıq istəyirəm!!!

***

Mən qorxuram qaranlıqdan,

Mən qorxuram qaranlığın,

Tək adamın qorxduğunu

Hiss etdikcə

hücum edən,

öz gücüylə qürrələnən

Lal baxışlı hədəsindən.

***

Mən qorxuram qaranlıqda,

Agacların, binaların,

Cinə bənzər,

ruha bənzır kolgəsindən.

***

Mən qorxuram qaranlığın,

Məni atan sevgilimin

Lap ayrılıq anındaca

Hss etdiyim nəfəsi tək,

Soyuq, bum buz nəfəsindən.

***

Mən qorxuram qaranlıqda

Pəncərədən otağıma,

axıb dolan,

Qaranlığın özü kimi vahiməli

İt səsindən.

***

Mən qorxuram qaranlıqda

fosfor kimi işıq salan,

Qurd baxışlı adamlardan.

Mən qorxuram

Bürünərək qaranlığa

iç tərəfin gizli

tutan adamlardan

***

…Uşaqlıqdan beləyəm mən,

Körpə ikən

Günəş olmaq istəyirdim.

Gecələri məglub edib,

Hər tərəfə

işıq salmaq istəyirdim.

Sonra bildim Günəş olmaq

mümkün deyil,

Mən Allahın yaratdığı olmalıyam,

Başqa cürə düzgün deyil.

…Və on altı yaşım vardı,

Mən ilk dəfə hiss edərək

Cəsarətin nə olduğun,

Bu dünyada insan kimi yaşamağın,

Ləyaqətin nə olduğun…

Məni qadağalara

Qaydalara qul edən,

Öz kommunist ruhunu,

Bəzəkli cümlələrlə

İliyimə yeridən…

Mənə 15 yaımda

“Kapital”ı oxudan,

Leninin tezislərin

Əzbərlədən atama

Məhz beləcə demişdim…

“Mən işıq istəyirəm,

Açın bu zəncirləri

Azadlıq istəyirəm!!!

Azadlıq istəyirəm!!!”

2 ŞƏRH

Şərh yaz

Please enter your comment!
Please enter your name here

12 − two =