Aprelin 1-dən Zərdaba köhnə yığım qaydası dayandırılır

0
22

telefonSabahdan Azərbaycan ərazisində yeni zona kodları tam tətbiq ediləcək və köhnə yığım qaydası tam dayandırılacaq. Qeyd edək ki, Azərbaycan ərazisində telekommunikasiya şəbəkəsinin vahid nömrələmə sisteminə keçirilməsi üçün 2011-ci ildən etibarən yeni zona kodlarının tətbiqinə başlanılıb.

Rabitə və İnformasiya Texnologiyalrı Nazirliyindən verilən məlumata görə, bu vaxtadək respublikada yeni yığım formatı ilə paralel olaraq köhnə yığım qaydası da istifadə edilib.

Yeni sistemə keçidlə əlaqədar olaraq artıq 1 aprel 2013-cü il tarixindən köhnə yığım qaydası tam dayandırılacaq və yalnız yeni format tətbiq ediləcək. Zərdab rayonuna şəhər telefonlarından yığım qaydası isə aşağıdakı kimi olacaq:

020 29X XX XX.

www.zerdab.com