Nazir Zərdab sakinləri ilə də görüşəcək

0
25

Şahin Mustafayevİqtisadi inkişaf naziri Şahin Mustafayev aprelin 6-da, saat 10:00-da Mingəçevir şəhərində Zərdab, Yevlax, Bərdə, Ağcabədi, Ağdaş, Ucar, Göyçay, Beyləqan, Laçın rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edəcək. Bu barədə www.zerdab.com saytına nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, qəbula gəlmək istəyən vətəndaşların İqtisadi İnkişaf Nazirliyinin “office@economy.gov.az” elektron poçt ünvanı, 012 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), həmçinin nazirliyin Aran regional bölməsi (Elbrus Hüseynov, əlaqə telefonu: (02233) 6-73-10, (055) 206-88-52, Yevlax şəhəri, Heydər Əliyev prospekti, 34) vasitəsilə qəbula yazılmaları xahiş olunur.

www.zerdab.com