“www.zerdab.com saytına çəkilən əziyyət boşuna deyil”

2
24
Həmyerlimiz Nicat İntiqam "Qafqaz" Universitetinin tələbələrinə seminar verərkən.
Həmyerlimiz, jurnalist Nicat İntiqam “Qafqaz” Universitetinin tələbələrinə seminar verərkən.

Hörmətli Nicat müəllim, salam! Artıq bir müddətdir ki, Sizin böyük zəhmət və vəsait hesabına təsis etdiyiniz www.zerdab.com saytı vasitəsilə Zərdab rayonu, o cümlədən, doğulduğum Bıçaqçı kəndinin keçmişi və bu günü, onun görkəmli şəxsiyyətləri və ziyalıları haqqında maraqlı məlumatlarla tanış oluram. Siz belə bir xeyirxah iş görməklə doğma zərdabımızın nəinki respublikamızda, həm də bütün Dünyada daha yaxından tanınması üçün şərait yaratmısınız. Mən, bu təşəbbüsünüzü dahi Həsənbəy Məlikzadənin (Zərdabinin) ilk dəfə olaraq “Əkinçi” qəzetini nəşr etməsi ilə bərabər tutur və heç şübhə etmirəm ki, gələcəkdə ən yüksək bir zirvəyə çatacaqsınız.

Saytda Sizin haqqınızda məlumatlarla tanış olarkən öyrəndim ki, ilk təməl artıq qoyulmuş və bu istiqamətdə işlər müvəffəqiyyətlə davam edir. Belə ki, Siz əvvəlki uğurlarınızı davam etdirərək, 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında KİV-nin Inkişafina Dövlət Dəstəyi Fondunun jurnalistər arasında keçirdiyi müsabiqənin qalibi olmusunuz. Hər bir zərdablı fəxr etməlidir ki, Sizin kimi istedadlı, el-obasına bağlı və onu ürəkdən sevən bir həmyerlisi var.

Sizi qazandığınız uğurlar və Bahar bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, şəxsi həyatınızda möhkəm can sağlığı, uzun ömür və xoşbəxtlik, çətin və şərəfli iş fəaliyyətinizdə isə daha yüksək yaradıcılıq nailiyyətləri arzulayıram.

 Hörmətlə: Səmədov Əbülfət Səməd oğlu. Ağcabədi şəhəri.

P.S. Əbülfət qardaşımıza bu diqqətindən dolayı səmimiqəlbdən təşəkkürümüzü bildiririk.

 

                              

2 ŞƏRH

  1. Cox sag olun, hormetli Ebülfet muellim. Gozel, keyfiyyetli, zehmet teleb eden isi qiymetlendirmek ucun en azindan esl insan olasan. Bizde oz novbemizde cox fexr edirik, bu cur deyerli, savadli, hemyerlimiz, cox yaxin qohumumuz Nicat muellim oz isleri ile bizi cox sevindirir. Ugurlar,ugurlar yene de ugurlar.

Comments are closed.