Solğun bir çiçəyəm, torpaq üstəyəm

0

Oxucuların istək və müraciətlərini nəzərə alaraq, www.zerdab.com saytı daha bir yeniliyə imza atır. Belə ki, saytımız rayonumuzun qələm  əhlinin yazıb yaratdıqlarını oxuculara təqdim edir. Əgər sizin də şerləriniz varsa, bizə görin.

Məni
Bir mənəm, bir otaq, bir də dərd-ələm,
Xəyyalar uzağa aparır məni,
Mənə bir vərəq ver, bir də bir qələm,
Xəyal öz-özümdən qoparır məni.

Anam vardı, atam vardı dünyada,
Onlarla çatmışdım şöhrətə, ada,
İndi tək gəmiyəm sonsuz dəryada,
Küləklər əlimdən alır yelkəni.

Heç bilmirəm indi kimi istəyəm,
Ürəyimə bir od düşüb, xəstəyəm,
Solğun bir çiçəyəm, torpaq üstəyəm,
Harda bir meh əsdi, tez tapır məni.

Üzdə gülüşlərim kefdən kimidir,
Ürəkdə bir ümid məni kiridir,
Həyatdan bir xoş gün umsam, yeridir,
Nə vaxtdır dərdlərə o salır məni.

Mehman, mənasız söz danışma qəti,
Bəsdi üzdü səni övlad həsrəti,
Çalış, bu dünyada qazan cənnəti,
Demə harda şər var, axtarır məni.

Mehman Məhəmmədoğlu, Çallı kəndi, şair, kənd mədəniyyət evinin metodisti

Şərh yaz

Please enter your comment!
Please enter your name here

15 − ten =