Həqiqətə gedən yolda ilk şərt təmiz vicdan, könül və iç dünyasının olmasıdır

4

Vicdan-Həqiqət-ədalətAnlatmaq istədiyim kirlilik olmadığından hamama girməklə də təmizlənən məsələ deyil. Bu kirlilik məlumat, beyin, vicdan, könül və bunların hamısının, qaynağı olan ruh kirliliyidir. Ekoloji kirlilik təbiəti məhv edər. Uzun zaman onun törətdiyi fəsadlardan yaxa qurtarmaq mümkün olmaz. Nəticədə, insan özü də ciddi təhlükə ilə qarşılaşar. İnsanoğlu bioloji varlığını sağlam bir şəkildə davam etdirmək üçün həmin təhlükə ilə savaşa başlayır. Amma insanı təhdid edən, onun rahatlığını pozan, nəticədə ona və onun əhatəsinə ciddi narahatlıq verən başqa bir təhlükə də vardır. Bu, ən dəhşətli təhlükədir. Vicdan, könül, ruh kirliliyidir bu təhlükə. Ruh kirliliyi nə deməkdir? Əslində insan oğlu tərtəmiz, günahsız və köməyə ehtiyacı olan bir varlıq kimi gəlir bu fani dünyaya. Pak və özünəməxsus zəhmət qoxusu ilə bu dünyaya gələn həmin məsum körpə sonradan müxtəlif informasiyalarla yüklənməyə başlayır. Uşağa ilk məlumat ötürücüləri ata və anadır. Ailə ilə başlayan, sonra isə məktəbdə və cəmiyyətdə davam edən bu informasiya yüklənməsi insanın şəxsiyyətini formalaşdırır. Formalaşan həmin şəxsiyyət milli-mənəvi, insani və inanc dünyasının dəyərlərini də özündə ehtiva edir. İnsanoğlu bu prosesdə ya tamamilə doğru informasiyalarla yüklənir, ya da bu informasiyalar bir kompyuter yaddaşına düşən virusun törətdiyi fəsadlarla üzləşərək müxtəlif kirliliklərə məruz qalır. Şüur altına yerləşdirilən informasiyalar doğru və sağlam deyilsə, onda həmin informasiyalar kirlənmiş sayılır. Kirlənmiş məlumatların dolduğu beyin isə sahib olduğu birləşdirmə, araşdırma, şərh etmə funksiyalarını sağlam yerinə yetirməkdə aciz olur. Odur ki, insan hər şeydən öncə doğru informasiyaya sahib olduğundan əmin olmalı, ya da doğru informasiyaya çatmaq üçün çalışmalı və onu öz yaşam tərzi halına gətirməlidir. Əks halda düşüncə kirliliyinə bulanan beyində beyin kirliliyi başlayır. Kirli duyğu və düşüncə yumağına çevrilən bu beyin özü ilə bərabər ruhun kirlənməsini də qaçınılmaz hala gətirir. Bir sözlə, ruh kirliliyi yoluxucu xəstəlik kimidir, sonradan hər tərəfə yayılır. O zaman ən yüksək mərtəbədəki insan birdən-birə ən aşağı mərtəbələrə enə bilər. Ruhu və vicdanı kirlənən insan meşədəki canavardan daha vəhşi bir vəziyyətə düşür. Kirli ruhu ilə ətraf mühiti kirlətməklə kifayətlənməz, dünyanı qan gölünə çevirməyə çalışar. Günümüzdə elm və texnologiya gündən-günə inkişaf edərək insan oğlunun daha rahat yaşaması üçün geniş imkanlar açır. Bu imkanlar ruhu və vicdanı təmiz insanların əllərində fayda verdiyi halda, ruhu kirlənmiş insanların əllərində zərər verir. Ruhi kirlilik haqqında olan örnəklərin sayını artıra bilərik. Amma əsl problem bu kirlilikdən necə təmizlənməyin yollarını tapmaqdır. İnsan oğlu üçün həm həqiqətə, həm də rahatlığa gedən yolda ilk şərt təmiz vicdan, təmiz könül və təmiz iç dünyasının olmasıdır. Bu təmizliyə nail olmaq üçün insan qəlbinin tək şeyə – Allaha yönləndirilməsi şərtdir. Səmimi qəlblə Allaha yönəlmiş bir qəlb artıq Onun yaratdığı bütün dəyər və nəsnələrə Həzrəti Yunusun sözü ilə desək, “Yaradılanı Yaradan üçün sevərik” fəlsəfəsi ilə yaxınlaşar. Bu zaman könülləri çirkləndirən duyğuların insanın eqoizminə verdiyi yalançı zövqün yerini hər şeyi yaradan, bəndələrini sevən və qoruyan Allah sevgisi almağa başlayır. Bu sevgi şiddətləndikcə ürək Allaha daha çox bağlanır. O zaman ruhi kirlilikdən təmizliyə, qaranlıqdan aydınlığa çıxar. Bütün ruhların bu duyğu və düşüncəni yaşaması ümidilə…

MUSTAFA SAATCI, ZAMAN.

4 ŞƏRH

  1. əgər ürək təmiz olarsa vicdanda könüldə mütləq təmiz olacaq

  2. Peyqamber s.e.s buyrubki: INSAN BEDENINDE BIR ET PARCASI VARKI O TEMIZ OLARSA BUTUN BEDEN TEMIZ OLAR, EGER PIS OLARSA BUTUN BEDEN PIS OLAR. DIQQET EDIN O QELBDIR. Uca yaradan her kese gozel qelbli olmaqi nasib etsin. AMIN

Şərh yaz

Please enter your comment!
Please enter your name here

one × three =