Hesablama Palatasından Zərdab rayonu ilə bağlı maraqlı faktlar

0

ZərdabHesablama Palatası Milli Məclisə təqdim etdiyi illik hesabatında ötən il fəaliyyətində ciddi nöqsanılar aşkarlanmış rayon və şəhər icra hakimiyyətləri barədə məlumat verib. Həmin məlumatların Zərdab rayonuna aid olan hissəsini təqdim edirik: “Ötən il Zərdab rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara da dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditi aparılıb. Yoxlamalar Zərdabda da qanunsuzluqlar üzə çıxarıb. Məsələn, Zərdab rayonu üzrə abadlıq və mənzil fondunun istismarı işlərini həyata keçirən təşkilatlar tərəfindən bəzi xərclər artıq proqnozlaşdırılıb, ayrılmış vəsaitin təyinatı bir sıra hallarda dəyişdirilib, mənzil fondunun əsaslı təmiri işləri tender təklifi qiymətindən baha qiymətlərlə yerinə yetirilib, bəzi hallarda podratçılar tərəfindən binaların və yolların əsaslı təmiri işləri keyfiyyətsiz aparılıb, normadan artıq inventar və yanacaq silinib və s.

Audit yoxlamasının nəticəsi olaraq vəzifələrinin icrası zamanı nöqsanlara yol vermiş 7 vəzifəli şəxs barəsində tədbirlər görülüb, o cümlədən, 1 şöbə rəisi işdən azad edilib, 5 nəfərə (2 mühasib, 1 briqadir, 1 mühəndis və 1 anbardar) töhmət verilib, 1 nəfərə (briqadir) xəbərdarlıq edilib. /modern.az/