Zərdabda YAP rayon Qadınlar Şurasının konfransı keçirilib

2
31
YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova
YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova

Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon Qadınlar şurasının konfransı keçirilib. YAP Zərdab rayon təşkilatından Zerdab.com saytına verilən məlumata görə, konfrans iştirakçıları əvvəlcə Ulu öndərin Heydər Əliyev parkındakı möhtəşəm abidəsi önünə gül dəstələri qoyublar. Tədbirin rəsmi hissəsi Heydər Əliyev mərkəzində davam etdirilib. Konfransda 64 ilk partiya təşkilatından 150 nəfər nümayəndə iştirak etmişdir. Ümummilli liderin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilmişdir. Konfransı giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova YAP və onun yaradıcısı Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün xidmətlərindən danışaraq, bu partiyanın cəmiyyətdə böyük bir siyasi qüvvə kimi vətəndaşların həyatının tənzimlənməsində, müstəqilliyimizin möhkəmləndirilməsində, xarici ölkələrdə vətənimiz, millətimiz haqqında müsbət fikirlərin formalaşmasında böyük rolu barədə məlumat vermişdir.

   Qeyd olunmuşdur ki, YAP-ın təsis olunduğu gündən ötən 21 il ərzində həm partiyanın, həm də Azərbaycan dövlətinin inkişafında mühüm nailiyyətlər əldə olunmuş, Azərbaycan yarımmüstəqil bir respublikadan dünya birliyinin bərabər hüquqlu üzvünə, müstəqil, demokratik dövlətə çevrilmişdir. Ölkədaxili proseslər nizamlanmış, daxili çəkişmələrə, anarxiyaya, etnik və milli münaqişələrə, hakimiyyət uğrunda silahlı mübarizəyə və vətəndaş qarşıdurmasına son qoyulmuş, sağlam əsaslar üzərində ictimai-siyasi sabitlik bərqərar olunmuşdur.

        YAP Zərdab rayon təşkilatının Qadınlar Şurasının sədri Minəgül Əliyeva hesabat məruzəsi ilə çıxış etmiş, hesabat ətrafında müzakirələr aparılmışdır.

     Konfransda Zərdab rayon H. B. Zərdabi adına muzeyin direktoru Vəfa Bayramova, Rayon “Əkinçi” qəzetinin xüsusi müxbiri Tərlan Abdullayeva, Rayon İcra Hakimiyyəti Aparatının təlimatçısı Rəmziyyə Əhmədova , Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının Şura üzvü, Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin sədri, “Tərəqqi” medallı müəllimə Firuzə Qocayeva, Yeni Azərbaycan Partiyası Zərdab  rayon Gənclər təşkilatının sədri Ramin Əliyev və başqaları çıxış edərək qadınların ölkənin eləcə də rayonun ictimai-siyasi həyatındakı rolundan, onlara göstərilən diqqət və qayğıdan söz açıblar.

     Müzakirələrdən sonra YAP Zərdab rayon Qadınlar şurasının sədri Minəgül Əliyevanın fəaliyyəti qənaətbəxş hesab edilərək yenidən yekdilliklə sədr və YAP Qadınlar şurasının Bakıda keçiriləcək konfransına nümayəndə seçilmişdir.

     Konfransın gedişində YAP Qadınlar şurasının 21 nəfərdən ibarət Şurası və 9 nəfərdən ibarət İdarə heyyəti seçilərək təsdiq edilmişdir.

Sonda konfrans iştirakçıları adından YAP-nın sədri cənab İlham Əliyevə müraciət qəbul edilmişdir. Çıxışlarda və müraciətlərdə bütün sağlam düşüncəli Azərbaycanlılar kimi, xalqını, dövlətini sevən, onun xoşbəxt gələcəyinə inanan Zərdablıların da möhtərəm Prezidentimizin namizədliyini dəstəklədikləri, Azərbaycan Respublikasını və Azərbaycan xalqını irəli apara biləcək yeganə namizədə səs verəcəkləri əminliklə ifadə olunmuşdur.

    YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova Konfransın işinə yekun vurmuşdur.

YAP Zərdab rayon təşkilatı

YAP Zərdab rayon təşkilatından 1

2 ŞƏRH

  1. Yeni Azerbaycan Partiyasi dunen bu gunun ve geleceyin partiyasidir biz Zerdablar yetkinike novbeti prezdent seckilerinde ilin en layiqli siyasi kursuna cenab pezdentimiz Ilham Eliyeve ses vere receyik

Comments are closed.