Vəzir də yalvarır hər gün Rəbbinə…

0

Oxucuların istək və müraciətlərini nəzərə alaraq, www.zerdab.com saytı daha bir yeniliyə imza atır. Belə ki, saytımız rayonumuzun qələm əhlinin yazıb yaratdıqlarını oxuculara təqdim edir. Əgər sizin də şerləriniz varsa, bizə göndərin.

 

Ha!

İnsan yaşlaşanda bədən kiçilir,
Bu da Yaradanın bir hökmüdür, ha!
Hər kəsin tarlada ömrü biçilir,
Bu da Yaradanın bir hökmüdür, ha!

Fərq qoymur nökərə, şaha məzarda,
Köçəndə köçürlər beş arşın ağda,
Əcəl tapır səni düz həmin çağda,
Bu da Yaradanın bir hökmüdür, ha!

Dəyişir təbiət, iqlim, hava da,
Quş da tab gətirmir, qala yuvada,
İsti olsa belə, donursan yayda,
Bu da Yaradanın bir hökmüdür, ha!

Nədir bəndə hökmü Allah önündə?
Fərman da Onundur, O verir gündə,
Şair yaza bilməz söz gəlməyəndə,
Bu da Yaradanın bir hökmüdür, ha!

Vəzir də yalvarır hər gün Rəbbinə,
Hökmdən qaçmaz o, onun həddi nə?
Əzrayıl da çökər bir gün qəddinə,
Bu da Yaradanın bir hökmüdür, ha!

Vəzir Bəlalı, Otmanoba kəndi.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

ten − six =