Zərdab Rayon Təhsil Şöbəsi Heydər Əliyevi andı – fotolar

0
23

Zərdab Rayon  Təhsil  ŞöbəsiZərdab Rayon Təhsil Şöbəsi Heydər Əliyev Mərkəzində “Heydər  Əliyev Zərdab məktəblilərinin gözü ilə” mövzusunda konfrans  keçirib. Ulu  öndərin  heykəli  önünə tər çiçəklər  qoyulduqdan sonra konfrans öz  işinə başlayıb. Yığıncağı  giriş  sözü  ilə  Rayon Təhsil Şöbəsinin müdiri, filologiya elmləri  doktoru Baba  Babayev  açaraq  ulu öndərin həyat  və  fəaliyyəti haqqında məlumat verib. Baba Babayev həmçinin  xatirələrini  tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Şəhər  3  saylı  tam  orta  məktəbin X sinif  şagirdi Elçin Muradlı ulu öndərin həyatı haqqında məruzə edib. Yığıncaqda Rayon İcra  Hakimiyyəti  başçısının müavini  Rəhman Feyzullayev ümummilli liderin təhsilə  qayğısından söhbət açaraq xatirələrini danışıb. Konfransın sonunda məktəblilərin hazırladıqları kompozisiyalar konfransı daha da rövnəqləndirib.

Seymur Tağıyev

Zərdab Rayon Təhsil ŞöbəsiZərdab Rayon -Təhsil  ŞöbəsiZərdab Rayon  Təhsil  Şöbəsi

Zerdab.com