Zərdabın ərazisində qədim kənd: Gur-gur

0
arxeoloji-qazinti
Kəndin ərazisində arxeoloji qazıntılar aparılması vacibdir
arxeoloji-qazinti
Kəndin ərazisində arxeoloji qazıntılar aparılması vacibdir

Zərdabda gur-gur adlı kənd  ötən əsrin əvvəllərində indiki Otmanoba kəndi meşəsinin içində olmuşdur, indi də oradakı keçmiş yurd yerləri qalır. Kənd ağsaqqalları xatırlayırlar ki, keçən əsrin 30-cu illərində burada 65 ev vardı. Sonralar kənddə qanlı düşmənçilik səbəbindən ardıcıl olaraq qarşılıqlı qətl hadisələri baş vermiş, nəticədə əksər ailələr başqa yaşayış məntəqələrinə köçüb getmiş, kənddə 16 ev qalmışdır. Bu gün isə Gur-Gur deyilən ərazidə 7 ailə yaşayır, bununla belə bu ailələr də Otmanoba sakini sayılırlar. Ağsaqqallar deyirlər ki, kəndin adı bir zamanlar qonşuluqdakı Əlvənd kəndi Şirvanın paytaxtı olan vaxtlarda burada da çoxlu ailələrin yaşaması, həyatın, insanların gur olması ilə əlaqədar yaranmışdır. Kəndin ərazisində arxeoloji qazıntılar aparılması çox vacibdir. Çünki yerli sakinlər ötən dövrlərdə bir vaxtlar liman və Kür çayından bərə-keçid kəndi olan Gur-gur ərazisində təsərrüfat işləri zamanı saysız-hesabsız və çox qədim məişət və mədəniyyət nümunələri tapmışlar. Ardıcıl Kür daşqınları səbəbindən kəndin qəbristanlığı bir neçə dəfə başqa ərazilərə köçürülmüşdür.

Gur-Gurun yer üzündən silinməkdə olan bir qəbristanlığında 1703-cü ilə aid  daş məzar-başdaşı bu gün də mövcuddur.

İsaməddin Əhmədov

Şərh yaz

Please enter your comment!
Please enter your name here

4 × 1 =