Səməd Safdil: “Elə bil ilk dəfə görürəm bu gün”

3

yazarSəməd Safdil 1926-cı ildə Zərdab rayonunun Bıçaqçı kəndində doğulub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib, doğma Bıçaqçıda müəllim işləyib. 4 il əvvəl vəfat edib.

Səməd müəllim gözəl şair və tədqiqatçı idi. O indi sizə təqdim olunan “Ceyran” şeirini Səməd Vurğuna oxuyub və dahi şairimiz deyib ki, ay Səməd, ay adaş, sənin nəzirən mənim şeirimdən təsirlidir…

Hazırladı: İsaməddin Əhmədov.

 

SƏMƏD SAFDİL

CEYRAN

Elə bil ilk dəfə görürəm bu gün

Gözləri sürmədən qara ceyranı,

Yıxılıb talada, özundə deyil,

Yaman haldan salıb yara ceyranı.

 ***

Qəmli görkəmindən ağrıdı ürək,

Tökdü yarpağını hər gül, hər çiçək,

Hələ ömrüm boyu mən bugünkütək

Qovub salmamışdım dara ceyranı.

 ***

Dedim, yaxına gəl, ay ovçu qardaş,

Sən qovdun, mən atdım, dəyməyəydi kaş,

Əlimizdə tüfəng, gözümüzdə yaş,

Bəs indi aparaq hara ceyranı?

 ***

Kənarda dayanıb balası baxır,

Gözündən selabtək qanlı yaş axır,

Safdiləm, başımdan dumanlar qalxır,

Heç vaxt rast gəlməsin sara ceyranı…

ceyran

3 ŞƏRH

  1. Səməd müəllim mənim ədəbiyyat müəlimim idi.O,bir dahi idi cox gözəl ədəbiyyatcı, gözəl şerlərə malik bir insan idi.allah ona rəhmət eləsin.siz bizi o,illərə apardiniz.Onun tələbələri adindan Zərdab saytina minnətdarlıqımızı bildiririk.

  2. Mən də bir zərdabli balasi kimiIsameddin müəllimə təşəkkür edirəm Səməd müəllim mənim də müəllimim olub.Onun çox gözəl şerləri var.Bıçaqçıkendinin Məlik Məhərrəmov kimi Sovet İttifaqı qəhrəmanı,Müşfiq Hacıyev kimi Milli qəhrəmanı da var.

  3. Cox hormetli oxucular ve Isameddin muellim babam haqqinda soylenilen her fikre ve onun yazilarini oxucularina teqdim etdiyinize gore size oz minnetdarligimizi bildiririk…onun seirleri ile boyumusuk,ama,her defe dinleyende o seirlerde yeni bir mena,yenilik kesf edirik Allah Rehmet Elesin

Şərh yaz

Please enter your comment!
Please enter your name here

3 + 11 =