“İsaməddin müəllim, atam Səməd Safdili andığınız üçün təşəkkür edirəm”

2

mektub-yazarHörmətli İsaməddin müəllim, salam!Atam Səməd Safdil haqqında Zerdab.com saytında böyük hörmətlə bəzi məlumatlar verdiyiniz və onun yaradıcılığında xüsusi yer tutan “Ceyran” şerini təqdim etdiyiniz üçün Sizə təşəkkür edirəm. Çox sağ olun!
Məlumat üçün onu da bildirim ki, atam dahi şairimiz Səməd Vurğunu həmişə çox böyük səmimiyyətlə xatırlamış və aşağıdakı şeri də məhz ona həsr etmişdir.

***
“Ellər Vurğununa tay ola bilməz”
Ellər Vurğununun adaşıyam mən,
Şair olmasam da Səməddir adım.
Yadıma düşəndə o böyük ustad,
Göylərə ucalır ahım, fəryadım.

***

Vurğun bir ümmandır, bizsə damlayıq,
Hər damla kükrəyib çay ola bilməz.
Çox ulduz parlayır göylərdə inan,
Heç biri ziyada Ay ola bilməz.

***

Vurğunu zəmanə yetirmiş idi,
Qış isti gəlməklə yay ola bilməz.
Hər qələm götürüb şerlər yazan,
Ellər Vurğununa tay ola bilməz.

SƏMƏD SAFDİL
Bundan başqa “Ceyran” şeri eloğlumuz, bərgüşadlı Aşıq Əhliman Şirvanlının da çox xoşuna gəlmiş, ona gözəl kəlamları ilə xüsusi rövnəq verməklə musiqi bəstələmiş və öz repertuarına daxil etmişdir. Təklifim odur ki, əgər saytın imkanları daxilində gələcəkdə həmin ifanı təqdim etdiyiniz materiala əlavə etsəniz, bu onun təsir gücünün daha da artmasına səbəb ola bilər.

Hörmətlə, Əbülfət Səmədov.

2 ŞƏRH

  1. Çox sağ ol, Əbülfət qardaşım. Biz Səməd müəllimlə qəlbən yaxın olmuş, yaradıcılıq baxımından əlaqələrimiz illərlə davam etmişdir. O elə Səməd Vurğun ürəkli və təbiətli bir insan idi. O cür eloğlularımızı unutmağa və yeni nəsillərə tanıtdırmamağa haqqımız yoxdur. Ən böyük minnətdarlıq isə məndən çox Nicat qardaşımız düşür. Hörmətlə.

  2. Nicat bey,kendimizin aqsaqqali ve yuzlerle ziyalinin yetiwmesinde boyuk rolu olan muellimlerin muellimi Semed muellimi yad etdiyiniz ucun onun coxsayli ziyali wagirdleri adindan Size tewekkur edirem.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

eleven + five =