“Sirdaşımsan, istəyirəm xətrini” – şeir

0
31

bənövşə                                                                                       B Ə N Ö V Ş Ə

El-obamı tərk edəndə, bənövşə,

Həmdəm kimi gətirmişəm mən səni,

Həmişəlik ayrı salıb yurdundan,

Dar dibçəkdə bitirmişəm mən səni.

 

Heç bilmirəm necə çəkim nazını,

Baş qaldırıb sən üzümə baxasan,

Unudaraq tale yazan yazını,

Yazqabağı qəm-kədərdən çıxasan.

 

Sirdaşımsan, istəyirəm xətrini,

Sənə baxıb, baxışında qalıram,

Yolu bağlı torpağımın ətrini,

Alagözüm yalnız səndən alıram.

 

Asif YUSİFCANLI,  Zərdab rayonunda məskunlaşmış ağdamlı məcburu köçkün.