Mən belə şeirlər yazmıram

3
37

yazarMənə nə deyirsən, bəyi təriflə,

Yaşa bu dünyada ləzzətlə, keflə,

Birinə həcv yaz, birin həriflə, —

Mən belə şeirlər yazmıram axı!

 

Mən necə çirkinə “gözəlsən” deyim?

Hər çızmaqaraya “qəzəlsən” deyim,

Əllinci sevgiyə “əzəlsən” deyim, —

Mən belə şeirlər yazmıram axı!

 

Necə qarlı qışa deyim ki, “yaysan”?

Dayazca bir arxa deyim ki, “çaysan”,

Sonu yaxşı olar mənə inansan, —

Mən belə şeirlər yazmıram axı!

 

Nə haqla namərdə deyim ki, “mərdsən”?

Zalıma, cəllada söyləyim “əhsən”,

Hərdən “Əkinçi”ni oxu, bilərsən, —

Mən belə şeirlər yazmıram axı!

 

Adım İsaməddin, düşmənim yalan,

Durub yolum üstdə bir əfi ilan,

Demişəm, yenə də deyirəm, inan,

Mən belə şeirlər yazmıram axı!

 

İsaməddin Əhmədov

3 ŞƏRH

  1. İsaməddin müəllim, çox sağ olun! Maraqlı idi! Başqa şeirlərinizi də gözləyirik!

Comments are closed.