Kür və Araz çayının aşağı axarlarında su səviyyəsi yüksəlib

0
zerdab kur
Foto: www.zerdab.com

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 120-210, Kiçik Qafqazın çaylarında 130-135, Lənkəran-Astara bölgəsi çaylarında 40-70, Naxçıvan Muxtar Respublikasının çaylarında isə normanın 30 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 116 m3/s, ongünlük normanın 48 faizini təşkil edir (2011-ci ildə 150 m3/s olmaqla 62 faizini təşkil edirdi). Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 85,0 m3/san olmaqla, ongünlük normanın 103 faizini təşkil edir (2011-ci ildə 78,0 m3/s olmaqla 95 faizini təşkil edirdi). Hazırda Surra məntəqəsində suyun səviyyəsi 679 sm (2011-ci il martın 9-da 626 sm), Şirvanda 568 sm (2011-ci il martın 9-da 526 sm ), Salyanda 500 sm (2011-ci il martın 09-da 476 sm ), Bankədə 355 sm (2011-ci il martın 9-da 349 sm), Araz çayının Novruzlu məntəqəsində isə 418 sm (2011-ci il martın 9-da 355 sm) təşkil edir.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

5 × 5 =