Elə bilmə quru sözdü məhəbbət

0
28
Mirağa Bağırov
Mirağa Bağırov, Zərdab şəhər sakini

M Ə H Ə B B Ə T

Məhəbbət – Xaliqin yaratmaq eşqi,

Elə bilmə quru sözdü məhəbbət,

Adəmin dövründən bu günə kimi,

Bəşərin qəlbində gəzdi məhəbbət.

 

Doğulur bizimlə biz doğulanda,

Dövr edir havatək ilikdə, qanda,

İlahi sevgidir, yurd salıb canda,

Ürəkdə közərən közdü məhəbbət.

 

Musa məhəbbətlə qalxdı Minaya,

Züleyxa bir ömrü verdi fənaya,

Qeys Məcnun oldu, düşdü səhraya,

Nə usandı, nə də bezdi məhəbbət.

 

Haqqa xatir qurdu hər vaxt işini,

Zərbələrə sipər etdi döşünü,

Haqq yolunda fəda etdi başını,

Neçə sınaqlara dözdü məhəbbət.

 

Can fəda etməkdi, candı qurbanı,

Candan artıq sevər Yaradanını,

Onsuz haqq yolunu seçən de hanı?

Bəsirət dediyin gözdü məhəbbət.

 

Zerdab.com