Zərdab Rayon Polis şöbəsində ümummilli lider anıldı – fotolar

1

Zərdab Rayon Polis şöbəsiZərdab Rayon Polis şöbəsində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilib. Şöbədən Zerdab.com saytına verilən məlumata görə, şöbənin şəxsi heyəti tərəfindən ulu öndərin heykəli önünə tər çiçəklər qoyulduqdan və Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra yığıncaq öz  işinə başlayıb. Yığıncağı giriş  sözü ilə Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elnur Həsənov açaraq ulu öndərin həyat və fəaliyyəti haqqında məlumat verib. O, 1993-cü ilin iyununda müstəqilliyinin itirilməsi təhlükəsi, vətəndaş qarşıdurması, xaos və anarxiya ilə üzləşən xalqımızın çıxış yolunu məhz ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışında gördüyünü, ümummilli liderimizin rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının qısa müddətdə həyata keçirdikləri qətiyyətli tədbirlər nəticəsində vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırlıldığını, kriminogen durumun nəzarətə götürüldüyünü, ölkəmizdə sabitliyin bərpa olunduğunu vurğulayıb.

Elnur Həsənov bütün varlığı ilə Vətəninə bağlı olan müdrik dövlət xadimi Heydər Əliyevin xalqımıza zəngin bir irs qoyub getdiyini xatırlatmış, bu tədbirlərin Azərbaycan dövlətçiliyinə, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Heydər Əliyev siyasətinə olan sonsuz hörmət və ehtiramın ifadəsi olduğunu qeyd etdi.

Yığıncaqda digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən söz açdılar.

 

Zərdab Rayon Polis şöbəsi-2

Zərdab Rayon Polis şöbəsi

Zərdab Rayon Polis şöbəsi

Zərdab Rayon Polis şöbəsi

Zərdab Rayon Polis şöbəsi

1 comment

Şərh yaz

Please enter your comment!
Please enter your name here

9 − six =