Bu hekayəni hər kəs oxusun

9
29

hekayəYaşlı adam çarpayısının yanında dayanan gənc həkimə üzünü tutaraq:

– Allah səndən razı olsun. Nə qədər ki, sağam, sənin bu yaxşılığını unutmayacağam, – dedi…

Əslində çarpayıda yatan bu yaşlı adam böyük bir xəstəxananın baş həkimi idi. O, müalicəsi başqa ölkədə mümkün olan bir xəstəliyə tutulmuş, ancaq xəstəliyi ağırlaşdığı üçün həkimlər onu öz xəstəxanasında əməliyyat etməyi qərara almışdılar. Ancaq bu sahədə dünyada ən nadir mütəxəssislərdən biri olan bu gənc həkim haradansa eşitmiş və onu əməliyyat etmək üçün xəstəxanaya gəlmişdi. Əməliyyat uğurla keçmiş və yaşlı adam sanki yenidən doğulmuşdu…

Yaşlı adam bir tərəfdən gənc həkimin əllərini tutur, bir tərəfdən də qəhərdən nə deyəcəyini bilmirdi. Nəhayət yaşlı adam dilləndi:

– Məni əməliyyat üçün aparanda, nədənsə gənclik illərinə qayıtdım. Onda hələ adi bir köməkçi idim. Bir dəfə ana bətnindəki uşağın bir ayağının şikəst olduğunu gördüm. Onun bu cür yaşamağına razı olmaqdansa, öldürməyi qərara aldım. Beləliklə, həm də onu şikəstlikdən “xilas edəcəkdim”. Bir az sonra uşağın ürək döyüntülərini eşidəndə bu fikrimdən daşındım. Artıq peşman olmuşdum. Görünür, o vaxt o körpəni xilas etdiyim üçün Allah da məni xilas etdi…

Gənc həkimin gözləri yaşarmışdı. Buna baxmayaraq, çox sakit görünürdü. Oturduğu yerdən geri çəkildi və dizlərindən aşağı protez ayaqlarını göstərərək:

– Allah heç bir yaxşılığı unutmur. Xilas etdiyiniz o uşaq mən idim, – dedi…

 

Mənbə: “Ailəm” junalı

9 ŞƏRH

  1. Bu hekayəni Samanyolu telekanalı “Sırlar dünyası”nın bir buraxılışında səhnələşdirmişdi..Çox maraqlı hekayədir, həm də ibrətamizdir..Təşəkkür edirəm!

  2. Cox saqolun cox derin menasi var bu yazinin. Heqiqetende her kesin etdiyi pis ve ya yaxwi emelleri ne vaxtsa gec ve ya tez oz qarwisina cixir.Bunun ucunde insan evladi caliwmalidiki bu gun yaxwi emeller esin ki ,sabah yaxwiliqlarla qarwilawsin.

  3. Allaha qurban olum,kimin ne zaman kime mohtac olub,kimin heyatinin xilaskari olacaqini insan bilmir Allahdan bawqa,

  4. Susen xanim cox duz deyirsen.Her bir etdiyimiz yaxsi ve ya pis emellerimizin cavabini misli ile odeyeceyik.Bu dunyaxa olmasa eger axiretde vereceyik mutleqa.

  5. Bizim ən böyük xəzinəmiz başqalarına etdiyimiz təmənnasız yaxşılığımızdır.Elədiyimiz və unutduğumuz bu yaxşılığımız həyatımızın ən çətin vaxtlarında Allahın hökmü ilə bizim xeyirimizə xərclənir.

Comments are closed.