Buraxılış imtahanının vaxtı açıqlandı

3
Məleykə Abbaszadə

Məleykə AbbaszadəTQDK iyun ayında buraxılış imtahanları keçirəcək. Qurumdan Zerdab.com saytına verilən məlumata görə, 2013-cü ildə 9-cu və 11-ci siniflər üçün buraxılış imtahanı Zərdab rayonunda iyun ayının 12-də keçiriləcək.

Şagirdlər imtahana gələrkən aşağıdakı sənədləri tədim edəcəklər:

9-cu siniflər:
1. İmtahana buraxılış vərəqəsi (buraxılış vərəqələrinin şagirdlərə təqdim olunması ilə bağlı əlavə məlumat veriləcəkdir)
2. şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə)
3. təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

11-ci siniflər:
1. İmtahana buraxılış vərəqəsi (buraxılış vərəqələrinin şagirdlərə təqdim olunması ilə bağlı əlavə məlumat veriləcəkdir )
2. şəxsiyyəti təsdiq edən sənədin əslini
a) Azərbaycan Respubılikasının vətəndaşları şəxsiyyət vəsiqəsini
b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini.

Zerdab.com

3 ŞƏRH

Şərh yaz

Please enter your comment!
Please enter your name here

20 − one =