Zərdabın mərd, igid oğlu – şəhid Mənsur Qarayev

0
31
Qarayev Mənsur Şirvan oğlu
Qarayev Mənsur Şirvan oğlu

Qarayev Mənsur Şirvan oğlu 1975-ci ildə Zərdab rayonunun Sarıqaya kəndində anadan olub. 1993-cü ildə Sarıqaya kənd orta məktəbini bitirib. 1993-cü ilin oktyabrında hərbi xidmətə yola düşüb. Üç ay Qusar rayonunda təlim keçdikdən sonra cəbhənin Füzuli, Beyləqan rayonları istiqamətində ağır döyüşlərdə iştirak edib.

Dəfələrlə göstərdiyi igidliklə döyüş yoldaşlarının həyatını xilas etməyi, onları mühasirədən çıxarmağı bacarıb. Mənsurun qoçaqlığı, qorxmazlığı onun hərbçi yoldaşları üçün də bir növ dəstək rolunu oynayıb.

Ağır, şiddətli döyüşlərin birində Mənsur Qarayev qəhrəmanlıqla şəhid olub. Subay idi.

Allah Mənsur qardaşımıza rəhmət eləsin. İnşallah, o və digər şəhid qardaşlarımızın qanı yerdə qalmayacaq.

Zerdab.com