Zərdabda kəndlərə optik kabellər çəkiləcək

0
zerdab_optik

zerdab_optik“Aztelekom” İstehsalat Birliyi (İB) bütün kəndlərin optik kabellə təmin edilməsi işlərini davam etdirir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hazırda 8 özəl şirkətlə bağlanmış müqaviləyə əsasən, regionlarda müvafiq işlər aparılır. Yeni mərhələ kimi, 16 rayonun 108 kəndində 220 kilometr optik kabel xətti çəkilməsi işləri Novruz bayramınadək yekunlaşmalıdır. Bunun ardınca da digər rayonlarla yanaşı, Zərdabda da kəndlərə optik kabellər çəkiləcək. “Aztelekom” İB bu ilin sonunadək Azərbaycanda bütün kəndlərin optikləşdirilməsi işlərini həyata keçirməklə nəinki MDB-də, hətta bütün dünyada bənzəri olmayan bir layihəni reallaşdırmış olacaq.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

3 × three =