Zərdab şəhər 3 saylı tam orta məktəbdə tədbir – fotolar

5
23
Zərdab şəhər 3 saylı tam orta məktəbZərdab şəhər 3 saylı tam orta məktəbdə ulu öndər Heydər Əliyevin 90 illiyi münasibətilə “Özün özünü dərk et” adlı tədbir keçirilib. Məktəbin direktoru Rəna Əhmədova tədbiri giriş sözü ilə açdıqdan sonra ulu öndərin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub. Sonra məktəblilər “Erkən nigah və onun fəsadları” mövzusunda səhnəcik nümayiş etdirdilər. Şagirdlər arasında viktorina təşkil edildi və qaliblər mükafatlandırıldı.
Tədbirdə çıxış edən Zərdab rayon Təhsil Şöbəsinin müdiri filologiya elmləri doktoru Baba Babayev bildirdi ki, Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycan tarixində iz qoymuş şəxsiyyətlərdəndir. Natiq bu cür tədbirlərin əhəmiyyətini önə çəkərək belə bir tədbiri təşkil etdiyi üçün məktəbin psixoloqu Esmira Zülfiyevaya təşəkkürünü bildirdi.
Zərdab RİH Humanitar şöbəsinin məsləhətçisi Xəyalə Veyisova, Təhsil Şöbəsinin inspektoru Gülsurə Ağayeva, məktəbin ədəbiyyat müəllimi Cəvahir İsmayılovanın çıxışlarından sonra tədbir mahnı və rəqslərlə davam etdirildi. Sonda çıxış edən Esmira Zülfiyeva tədbir iştirakçılarına təşəkkürünü bildirərək bu cür tədbirlərin davamlı olacağını diqqətə çatdırdı.

Müəllif: Muxtar Əlizadə, fotolar müəllifindir.

Zərdab şəhər 3 saylı tam orta məktəb

Zərdab şəhər 3 saylı tam orta məktəbZərdab şəhər 3 saylı tam orta məktəbZərdab şəhər 3 saylı tam orta məktəbZərdab şəhər 3 saylı tam orta məktəbZərdab şəhər 3 saylı tam orta məktəbZərdab şəhər 3 saylı tam orta məktəb

5 ŞƏRH

  1. Arzu ediremki bu mövzuda kecirilen tedbirler,rayonumuzun diger mekteblerinede sirayet etsin.sizlere ugurlar

  2. 3 sayli ortam mektebin psixoloqu Esmira muellime sizi tebrik edirik size ugurlar arzulayiriq.Sizin kimi psixoloqlara bizim ehtiyacimiz var.

Comments are closed.