Zərdabda məskunlaşan şuşalı məcburi köçkünlərlə görüş – fotolar

2
22

Zərdab rayonuŞuşa şəhərinin işğalının 21-ci ildönümü münasibətilə Zərdab Rayon İcra Hakimiyyətində Şuşadan olan məcburi köçkünlərlə görüş keçirilib.  Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev görüşdə çıxış edib. L. Babayev bildirib ki, ötən günlər ərzində Şuşanın işğalı ilə bağlı Zərdab rayonunun təhsil, mədəniyyət müəssisələrində, əmək kollektivlərində silsilə tədbirlər keçirilib. Bu gün isə məhz Şuşa rayonundan olan məcburi köçkünlərlə görüş keçirilir.

O, çıxışında qeyd edib ki, Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərinin ermənilər tərəfindən işğalından 21 il ötür. Azərbaycanın unikal mərkəzlərindən sayılan Şuşa şəhəri tarixən hər cür hərbi müdaxilələrə sinə gərmiş, lakin 20-ci əsrin sonlarında Azərbaycana rəhbərlik edən naşı şəxslərin günahı ucbatından düşmən qüvvələrin əlinə keçmişdir.

Şuşanın müdafiəsi zamanı 195 soydaşımız şəhid olmuş, 165 nəfər yaralanmış, 58 nəfər isə itkin düşmüşdür. Tarixi abidələrimiz yerlə yeksan olunmuşdur. 21 ildir ki, şuşalılar, eləcə də bütün Azərbaycan Şuşa həsrəti ilə yaşayır.

Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra məcburi köçkün həyatı yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün zəruri olan bütün tədbirlər görülmüşdür.

Hazırda cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən də bu tədbirlər uğurla həyata keçirilir.

İcra başçısı bildirib ki, Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diplomatik səyi nəticəsində işğal olunmuş bütün torpaqlarımız, o cümlədən Şuşa şəhəri yaxın vaxtlarda işğaldan azad olunacaqdır.

Görüşdə çıxış edən məcburi köçkünlər daim onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.

Sonda məcburi köçkün ailələrinə maddi yardımlar olunub.

Zərdab Rayon İHB Aparatının informasiya təminatı və təhlil sektoru

Zerdab

Zerdab

Zerdab

Zerdab rayonu

Zerdab rayonu

Zerdab rayonu

2 ŞƏRH

  1. МЕТБУАТ КУНУНДЕ СИЗИ ДЕ МУКАФАТЛАНДЫРАЧАХ – РЕХЛАМ ЕДИН

Comments are closed.