Ulu öndərin yubileyi günü Zərdabda yeni obyektlər açıldı – fotolar

4

Zerdab rayonu“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası istiqamətində Zərdab Rayon İcra Hakimiyyətində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə rayonda keçirilən silsilə tədbirlər çərçivəsində 10 may 2013-cü il tarixdə zərdablılar Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Mərasimdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Məmmədqasımlı kəndində dəyirmanının açılışı oldu

Zerdab.com saytına verilən məlumata görə, sonra rayonun Məmmədqasımlı kəndində sahibkar Ağalarov İntiqam Ağalar oğluna məxsus un dəyirmanının açılış mərasimi keçirilmişdir. Un dəyirmanı sutkada 25 ton un istehsal etmək gücündədir. Həmçinin dəyirmanın ərazisində 1500 tonluq taxıl anbarı da istifadəyə verilmişdir. Açılışda iştirak edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu mühüm vəzifələr, o cümlədən özəl bölmənin, azad sahibkarlığın daha sürətli inkişafı ilə əlaqədar verdiyi tapşırıq və tövsiyələr Zərdab rayonunda da böyük diqqət, səy və ardıcıllıqla həyata keçirilir. Azad sahibkarlığın inkişafına göstərilən həssas münasibət, bu sahədə yaradılmış münbit və əlverişli şərait, süni maneələrin aradan qaldırılması istiqamətində işlənib hazırlanmış əsaslı və ardıcıl tədbirlər xüsusilə diqqəti cəlb edir. Heç təsadüfi deyildir ki, rayonda sahibkarlıq obyektlərinin sayı ildən ilə artır. Burada sözsüz ki, ilk növbədə, ölkə başçısının respublikamızda azad sahibkarlığın, bazar iqtisadiyyatının sürətli inkişafına yönəldilmiş ardıcıl və qətiyyətli fəaliyyətini, bu sahəyə göstərdiyi gündəlik diqqət və qayğını, imzaladığı fərman və sərəncamları ayrıca qeyd etmək lazımdır. Mərasimdə çıxış edən sahibkarlar yaradılmış azad, rahat və münbit şərait üçün ölkə rəhbərinə hədsiz minnətdarlıqlarını bildirdilər, bütün imkan və səylərini iqtisadiyyatın daha da genişləndirilməsinə yönəldəcəklərini bəyan etdilər.

Dəli Quşçu kəndində qaz xəttinin açılışı oldu

Daha sonra rayonun Dəli Quşçu kəndində yeni çəkilmiş qaz xəttinin açılış mərasimi keçirildi. Kənd ərazisində 1700 paqonometr daşıyıcı və paylayıcı xətt çəkilmiş, 1 pilləli sistem əsasında 300 evə sayğac quraşdırılmışdır. Mərasimdə çıxış edən İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Dəli Quşçu kənd sakinlərini bu mühüm hadisə münasibətilə təbrik etdi. Bildirdi ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində artıq rayonun 5-ci kəndinə təbii qaz verilir. Digər kəndlərə qaz xəttinin çəkilişi davam etdirilir. İcra başçısı qeyd etmişdir ki, bu gün Azərbaycanın hər yerində, eləcə də Zərdab rayonunda yaşayan əhali Heydər Əliyev siyasətinin bəhrələrini görür. Məhz qaz xəttinin açılışı da bir daha onu göstərir ki, ulu öndərimiz Heydər Əliyevin siyasi xətti  əsasını müstəqil Azərbaycanın hərtərəfli inkişafı və xalqımızın firavan yaşayışı təşkil edir və bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlin sonuna qədər rayonun daha 10 kəndində qaz xəttinin açılışı nəzərdə tutulmuşdur.

Lütvəli Babayev qaz xəttinin istifadəyə verilməsini bildirən məşəli yandırdı.

Kənd sakinləri çıxış edərək bildirdilər ki, dövlətimizin artan iqtisadi imkanları, uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf xəttinin bəhrələrini bu gün hər bir sakin öz həyatında hiss edir, yeni qaz xəttinin açılışı da zərdablılara, o cümlədən Dəli Quşçu kənd sakinlərinə göstərilən qayğının daha bir nümunəsi kimi böyük minnətdarlıq hissi ilə qarşılanır.

100-dən çox xəstə pulsuz müayinə olundu

Həmin gün Rayon Mərkəzi Xəstəxanasında tibb elmləri doktoru, professor Çingiz Cərullazadənin rəhbərliyi ilə “OFKO” klinik göz xəstəxanasının həkim briqadası rayonda 100-dən çox xəstəni pulsuz müayinə və müalicə etmişdir.

Zerdab rayonu

Zerdab rayonu

Zerdab rayonu

Zerdab rayonu

Zerdab rayonu

Zerdab rayonu

Zerdab rayonu

Zerdab rayonu

Zerdab rayonuZerdab rayonu

Kəndlərə qaz verilir

4 ŞƏRH

  1. Deliquscularin adindan ve oz adimdan Cenab Prezdentimize Cenab Bascimiza minatdarligimizi ve tesekurumuzu bildirem deliquscu kendine qaz cekildi

  2. bu Deliquscular ucun en sevindirici an oldu cunki bu qazin aclisi Ulu onderimizin anadan olduqu gunde oldu biz Deliquscular novbeti Prezdent seckilerinde yetkinlikle Cenab Prezdentimiz Ilham Aliyeva ses vereceyik

Şərh yaz

Please enter your comment!
Please enter your name here

seventeen − 4 =