Ürək qübar eylər qəmdən, qüssədən

8
zerdab poeziya

zerdab poeziyawww.zerdab.com saytı daha bir yeniliyə imza atır. Belə ki, saytımız rayonumuzun qələm əhlinin yazıb yaratdıqlarını oxuculara təqdim edir. Əgər sizin də şerləriniz varsa, bizə göndərin.

 

 

Olmasa

Nə həqiqət axtar, nə insaf gözlə,
Kimin ki zatında maya olmasa,
Anasız uşaq da yaşaya bilməz,
Halına acıyan daya olmasa.

Sevinci, şadlığı taparsan yurdda,
Yüz həqiqət gəzir bircə umudda,
Meydanda basılar aslan da, qurd da
Arxada el kimi qaya olmasa.

Qürbət məngənətək qəlbini sıxar,
Nə etsən özünün qarşına çıxar,
Yelə də tablaşmaz, çəpəri yıxar
Torpağa bərkidən paya olmasa.

Ürək qübar eylər qəmdən, qüssədən,
Kövrək qəlb qırılar, sınar heç nədən
Yazın istisindən qızışmaz bədən
Günlərin yönümü yaya olmasa.

İnsanın şərəfi – namus, qeyrət, ar,
Bağbanın şərəfi – alma, heyva nar,
Şirin düzə yalan qoşmağa nə var –
Adamın üzündə haya olmasa.

Şirin Şirinov, Qoruqbağı kənd orta məktəbinin müəllimi

8 ŞƏRH

  1. kresloda oturub neler dusundun neden bir anliq xeyala daldin nedir qelbindeki olan sirlerin acib soylesene mene atacan

  2. anan seni cox sevir
    ezizleyib oxsayir

    sevincini sene bolur
    kederini gizledir

  3. deniz seni aldi menden
    xeber verdi butun ele
    bir faciye toretdi ki
    yerde yandi goyde yandi

  4. men sairlerden uzur isteyirem men sair deyilem ilham gelende yaziram herden

  5. qelbimin aynasisan sevincim ferehimsen
    omrumun nubarisan gozlerimin nurusan
    umudum penahimsan tekcede gumanimsan
    qolumun quvetisen ay menim ogul balam

    ananin sevimlisi ciceyi gulu nazi
    sevinc dolu yasayir arzususan muradi
    baxib senle fexr edir boyu basa cat oglum
    ay menim decel oglum hamidan siltax oglum

  6. |Men seni bilmirem neye benzedim
    bir gozel ciceksen gule benzedim
    goyde semaya aya benzedim
    omure gune ile benzedim
    belke kamandaki oxa benzedim

  7. yasadim heyatda lezet almadim
    her defe qem derya cokdu uzume
    unutum bir anliq sevinc gulusu
    neyneyim yasamaq cetindir mene

    aglayir qozlerim sizlayir ureyim
    bilmirem ne edim neyi dusunum
    acidir isaninderdi ve qemi
    sevinc kedere donub bunu unutma

Şərh yaz

Please enter your comment!
Please enter your name here

3 − 2 =