facebook

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Zərdabda tədbir keçirib – FOTOLAR

0

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Zərdabda “İslam Həmrəyliyi İli” və 15 sentyabr – Bilik günü münasibətilə “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda tədbir keçirib.

Zerdab.com saytı AZƏRTAC-a istinadən xəbər verir ki, yeni dərs ilinin başlanması münasibətilə rayonun Gəlmə kənd məktəbində təşkil edilən ilk zəng mərasimindən sonra müəllim və şagird kollektivinə, ictimaiyyət nümayəndələrinə Ulu Öndərin İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində atdığı addımlardan, eləcə də rayonda bu sahədə görülən işlərdən bəhs olunub.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, deputat Jalə Əliyeva çıxış edərək bildirib ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə sabitlik əldə olunub, davamlı sosial-iqtisadi islahatlar reallaşdırılır, geniş quruculuq işləri aparılır. Kəndlər abadlaşır, müasir infrastruktur yaradılır. Digər sahələrlə yanaşı, təhsilə göstərilən dövlət qayğısından da söz açan J.Əliyeva diqqətə çatdırıb ki, Azərbaycanda təhsilin müasir standartlara cavab verməsi ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti nəticəsində mümkün olub. Dövlətimizin başçısı hazırda bu siyasəti uğurla davam etdirir.

Daha sonra “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda mühazirə söyləyən Milli Məclisin deputatı qeyd edib ki, tarixi zərurət və ümumxalq istəyi nəticəsində yenidən Azərbaycana rəhbərliyə qayıdan ümummilli lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, nəinki doğma Azərbaycanımızda dini konfessiyalar arasında həmrəyliyə nail olmaq, həmçinin bütün İslam dünyasını həmrəylik, qarşılıqlı hörmət əsasında bir araya gətirmək üçün titanik fəaliyyət göstərib. Respublikamızda din və etiqad azadlığı tam təmin olunub, milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişib, dini ayin və mərasimləri yerinə yetirmək üçün bütün dinlərə mənsub olan insanlara bərabər imkanlar yaradılıb. Ulu Öndər milli, dini dəyərlərimizin qorunmasında və möhkəmləndirilməsində, tolerantlığın və multikulturalizmin dövlət siyasəti səviyyəsinə qaldırılmasında misilsiz xidmətlər göstərib. 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi də məhz ölkəmizdə tarixən formalaşan bəşəri dəyərlərdən qaynaqlanır.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Jale Eliyeva

Jale Eliyeva

Jale Eliyeva

Share.

About Author

Leave A Reply