Ekologiya və təbii sərvətlər naziri Zərdabda vətəndaşları dinləyəcək

1

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov dekabrın 27-də Zərdab, Bərdə, Tərtər, Ucar, Xocavənd və Laçın rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Zerdab.com saytına bildirilib ki, qəbul saat 10:00-da Zərdab şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt” xidməti ilə əlaqə saxlamaları, həmçinin 6 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinə (əlaqə telefonları: 020-27-4-53-69, 050-556-86-09, 050-525-66-62) müraciət etmələri xahiş olunur.

Share.

About Author

1 Yorum

  1. Сахил on

    Хеч олмаса бир нефер ичмели суюун бербад везиййетде олмагындан данышсын. АДМИН хейирдими комментлерими вермемекде?

Leave A Reply