Həmyerlimiz cüdo üzrə gözdən əlillər arasında paraolimpiya yığma komandasına üzv qəbul edildi

0

Məlikzadə Sənan Məhəmmədəli oğlu 1993-cü ildə Zərdab rayonunun Bıçaqçı kəndində doğulub. 2011-ci ildə kənd tam orta məktəbini, 2015-ci ildə isə Zərdab peşə liseyini bitirib.

Hələ orta məktəb illərindən idmana xüsusi  maraq göstərən Sənan 2007-ci ildə şahmat üzrə zayon çempionu olub.

II qrup gözdən əlil olsa da , idmana olan sonsuz həvəsi onu heç vaxt tərk etməyib . Öz potensialını üzə çıxarmaq üçün həmişə axtarışda olan Sənana isə ən böyk köməyi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsi etdi.

Məlumat üçün bildirək ki , Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsi, xüsusilə Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev, sosial xidmət sektorunun müdiri Eldar Xəlilov belə gənclərin üzə çıxarılmasında əllərindən gələni əsirgəmirlər. İndiyə qədər onların dəstəyi ilə Zərdabdan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət sosial təminat xidmətinin tabeliyində olan  sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzinə göndərilməsi və 18-29 yaşlı bu gənclərin həmin mərkəzdə peşələrə yiyələnməsi uğurla davam edir. Belə gənclərimizdən Qərənfil Teymurovanı qeyd edə bilərik . Qərənfil xanım məhz Zərdab rayon şöbəsinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzinə göndərilərək burada xalçaçılıq ixtisası üzrə 6 ay ərzində kurs keçmiş və peşəkar xalçaçı kimi rayona qayıdaraq rayon Heydər Əliyev Mərkəzinin xalçaçılıq dərnəyinə rəhbərlik etmişdir.

Həmin gənclər qrupuna daxil olan 1991-ci il təvəllüdlü , Gödəkqobu kənd sakini , II qrup gözdən əlil Xəyalə Paşazadə də Zərdab rayon şöbəsi tərəfindən 6 aylıq rəssamlıq kursuna göndərilmiş və Xəyalə kursu uğurla bitirərək hazırda təhsilini nazirliyin dəstəyi ilə Şəki Dövlət Regional Kollecinin təsviri incəsənət şöbəsində davam etdirir.

Bu ilin aprel ayının 1-dən isə Sənan peşə reabilitasiya mərkəzinin 3 aylıq idman kursuna göndərilmi şdir . Kursda öz qabiliyyəti ilə seçilən Sənan cüdo üzrə paraolimpiya yığma komandasına qəbul edilmişdir .

Hazırda orada təlim məşq toplanışındadır . Sosial xidmət sektorunun müdiri Eldar Xəlilov Zərdabdan göndərdikləri bütün gənclər kimi Sənanla da yaxından maraqlanır. Eldar müəllim bu günlərdə Sənanın məşqçisi , paraolimpiya yığmasının baş məşqçisi , əməkdar məşqçi , Şöhrət ordenli , Prezident təqaüdçüsü İbrahim İbrahimovla görüşmüşdür. Söhbətdən məlum olub ki , məşqçinin həmyerlimiz haqqında fikirləri çox yüksəkdir .İ.İbrahimov deyib ki , Sənan hazırda islam oyunlarına hazırlaşır. Sənanda cüdo üzrə böyük potensial görürəm .Qarşıma məqsəd qoymuşam ki , 6 ay ərzində onu dünya şempionu edə bilim .

Məşqçi İ.İbrahimovun həmyerlimiz haqqındakı bu nikbin rəyi hər birimizdə qürur hissi oyada bilər.

Biz də ümid edirik ki , Sənan Məlikzadə öz qabiliyyəti ilə doğma Zərdaba şğhrət gətirəcək .Bu arzunun yerinə yetməsi istəyi ilə

Tərlan Abdullayeva, “Əkinçi”nin müxbiri.

Share.

About Author

Leave A Reply