facebook

Həmyerlimiz Səbuhi Qasımovun “FƏDAİLƏR” kitabının təqdimatı olub – FOTO+VİDEO

0

Həmyerlimiz Səbuhi Qasımovun “HƏMRƏY” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin (GMDİB) təşkilatçılığı ilə Bakıda – Atatürk Mərkəzində “FƏDAİLƏR” kitabının təqdimatı olub.

Zerdab.com saytı xəbər verir ki, əsər, bəşəriyyət üçün ən ali hiss olan vətənpərvərlik mövzusunda yazılmış, Vətənimiz Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, müqəddəs torpaqlarımızın erməni qəsbkarlarından azad olunması uğrunda mübarizə aparan və yaşamaq hüququndan keçən, əlil və şəhid olan, əsir və itkin düşən bütün vətəndaşlarımızın əziz xatirəsinə həsr olunmuşdur. Kitabda, könüllü cəbhəyə yollanan Fədai və onun silahdaşlarının keçdikləri döyüş yolu, onların fədakarlığı, şəhidlik zirvəsinə ucalanadək mübarizə aparmaları və hərbi əməliyyatları öz əksini tapmışdır. Bu döyüşlərin birində yaralanaraq mənfur ermənilərə əsir düşən Fədainin əsirlik həyatı, 25 il keçdikdən sonra Vətənə dönərək ailəsi və uşaqları ilə görüşməsi əsərin başlıca sujet xəttini təşkil edir. Əsər, patriotizm ruhunda yazılmış və müqəddəs vətənə olan dərin sevgini özündə cəmləşdirir. Təqdimatı keçirilən belə janrlarda yazılan kitabların gənclər arasında təbliğatı onların vətənpərvərlik haqda biliklərinin artırılması və onların kitab oxumağa maraqlarının artırılması üçün olduqca zəruridir.

Qeyd edək ki, Səbuhi Qasımovun ilk kitabı oxuculara 2014-cü ildə təqdim edilmişdir. Həmin əsər də vətənpərvərlik prizmasında yazılmışdır. Elə həmin ildə “HƏMRƏY” GMDİB-yi gənclərin asudə vaxtının səmərəli keçirilməsinə, kitaba və mütaliəyə marağının artırılmasına dəstək vermək məqsədilə Azərbaycan Yazıçılar Birliyində Səbuhi Qasımovun “Gecikmiş Etiraf” adlı kitabının təqdimatını təşkil etmişdir.

Qasımov Səbuhi Böyükkişi oğlu 25 avqust 1976-cı ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olmuşdur. 1983-1993-cü illərdə Mehdi Hüseynzadə adına Körpükənd kənd orta məktəbində təhsil almışdır. 1994-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr dərəcəsi, 1998-2000-ci illərdə isə həmin universitetdə magistr dərəcəsi üzrə təhsil almışdır.

2014-2015-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almışdır. 2009-cu ilə qədər müxtəlif əmək fəaliyyətləri ilə məşğul olmuşdur. 2009-cu ildən etibarən isə ARDNŞ Azəriqaz İB-də RN və MDŞ-də mühəndis kimi əmək fəaliyyətini davam edir.

Nicat

Fədailər

Fədailər

Share.

About Author

Leave A Reply