facebook

İlk Zərdablı prokuror – Faiq Allahverdiyev dünyasını dəyişib – NEKROLOQ

0

Azərbaycan Respublikasının Əməkdar Hüquqşünası, Prokurorluğun Fəxri İşçisi, Baş Ədliyyə Müşaviri Allahverdiyev Faiq Seid oğlu 29 İyul 2017-ci il tarixində dünyasını dəyişmişdir.

Faiq Allahverdiyev 1923-cü il fevral ayının 23-də Zərdab rayonunda anadan olmuşdur. 1942-ci ilin əvvələrində könüllü olaraq Sovet ordusu sıralarına daxil olmuşdur. Faiq müəllim məhşur 416-cı milli atıcı diviyazının tərkibində vuruşmuş və Qafqazdan Almaniyayadək diviziyanın şanlı yolunu keçmişdir. Dəfələrlə yaralanmağına baxmayaraq, yenidən cəbhə xəttinə qayıtmışdır.

F. Allahverdiyev müharibə illərində bir çox şəhər və yaşayış məntəqələrinin Alman faşistlərindən azad edilməsində iştirak etmişdir. Bunların arasında Taqanroq (hazırda Rusiya Federasiyasının ərazisi), Odessa (hazırda Ukrayna ərazisi), Kişinyev (hazırda Moldova ərazisi), Varşava (hazırda Polşa ərazisi) və Almaniyanın bir çox şəhərlərinin adını çəkmək olar. Döyüşlərdə göstərdiyi şücaətə görə, Faiq müəllim bir sıra orden və medalla təltif edilmişdir.Faiq Allahverdiyev

Böyük Vətən Müharibəsi başa çatdıqdan sonra, Faiq müəllim Almaniyada xidmətini davam etdirmiş və 1947-ci ildə Azərbaycana qayıtmışdır.

1956-cı ildə ali hüquq təhsilini bitirdikdən sonra, Faiq müəllim müxtəlif illərdə, Azərbaycan SSR Ali Məhkəməsinin üzvü, rayon prokuroru, Bakı Şəhəri və Respublika Prokurorluğunda rəhbər vəzifələrdə çalışmışdır.

Hüquq-mühafizə orqanlarında Faiq müəllim özünü işgüzar, peşəkar və ədalətli əməkdaş kimi göstərmiş və bunun nəticəsi olaraq, Azərbaycan Respublikasının Əməkdar Hüquqşünası və Prokurorluğun Fəxri İşçisi adlarına layiq görülmüşdür.

Uzunmüddətli və səmərəli əmək fəaliyyətini, Faiq müəllim, Prokurorluq orqanlarında başa çatdırmışdır.

2017-ci ilin martın 18-də Faiq müəllimin sevgili həyat yoldaşı, Məmləkət xanım Nuriyeva vəfat etmişdir. Faiq müəllim üçün bu olduqca ağır itki olmuşdur.

İlk Zərdablı prokuror Faiq Allahverdiyev 29 iyul 2017-ci ildə vəfat etmişdir.

Faiq müəllimin əziz xatirəsi iki övladının, nəvələrinin, çoxsaylı qohum və yaxınlarının, onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

Allah Rəhmət Eləsin! Məkanı cənnət olsun.

Share.

About Author

Leave A Reply