Məlikli kəndinin futbol komandası yenidən Zərdabın çempionu oldu – FOTOLAR

0

Yeni Azərbaycan Partiyası (YAP) Zərdab Rayon Təşkilatının, Zərdab Rayon Gənclər və İdman idarəsinin və Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş futbol idman növü üzrə rayon çempionatına yekun vurulub. Bu barədə Zerdab.com saytına Zərdab Rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.

Bildirilib ki, final oyunundan öncə Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev çıxış edib. Gərgin mübarizələr və maraqlı anlarla yadda qalan Məlikli və Sarıqaya kənd komandalarının yarışdığı final oyununda Məlikli komandası 1-0 hesabı ilə üstünlük əldə edərək çempionatın qalibi adını qazanıb. Çempionatın bağlanış mərasimində çıxış edən Yeni Azərbaycan Partiyası Zərdab Rayon Təşkilatının sədri, Zərdab Rayon İcra Hakimiyyəti Başçısının müavini Pərvin Mahmudova, Zərdab Rayon İcra Hakimiyyəti Başçısının müavini Ramo Hacıyev, Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev və Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyinin icraçı direktoru Nicat Rəhimov qalibləri təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.

Qeyd edək ki, birinci yeri tutmuş Məlikli kənd komandasına kubok, diplom və hədyyələr, ikinci yeri tutmuş Sarıqaya kənd komandasına, eyni zamanda çempionatda iştirak etmiş digər komandalara və idmançılara müxtəlif nominasiyalar üzrə diplomlar təqdim olunub.

S.V

Share.

About Author

Leave A Reply