Maşın qaçırıb Zərdaba gəldi, həbs olundu

0

Avtomobil qaçırmış şəxs yaxalanıb. Zerdab.com saytı xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, aprelin 26-da Kürdəmir rayonunun Çöl-Ərəb kəndi ərazisindən rayon sakini İlkin Allahyarlıya məxsus “VAZ-21074” markalı avtomobil qaçırılıb.

Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bərdə rayon sakini Mənsur Orucov Zərdab rayonu ərazisində Zərdab RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb və Kürdəmir RPŞ-yə təhvil verilib.

Araşdırma aparılır.

Share.

About Author

Leave A Reply