facebook

Təhsil naziri Zərdab sakinləri ilə də görüşüb – FOTOLAR

1

İyunun 5-də təhsil naziri Mikayıl Cabbarov Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərini qəbul edib.

Zerdab.com saytı xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ucar, Zərdab, Göyçay və Ağcabədi rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edib.

Qəbulda vətəndaşlar müəllimlərin yerdəyişməsi və işə qəbulu, orta ixtisas təhsili müəssisəsinə bərpa olunma, direktorların işə qəbulu və digər məsələlərlə əlaqədar müraciət ünvanlayıblar.

Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq struktur bölmələrinə və yerli təhsili idarəetmə qurumlarına tapşırıqlar verilib, əksər məsələlər isə yerindəcə həllini tapıb.

Zerdab tehsil

Zerdab tehsil

Share.

About Author

1 Yorum

  1. İndiyə qədər belə qəbullarda heç kimin heç bir problemi həll olunmayıb.Düşünmürəm ki,kimsə belə qəbula yollananda probleminin həll olunacağına inanır.Sadəcə ürəklərini boşaltmaq üçün qəbula gedirlər.

Leave A Reply